Vətən müharibəsinin Qorxmaz əsgəri

Vətən müharibəsinin iştirakçıları

+2
Haber albümü için resme tıklayın

Xalqımızın vətən həsrətinin sonlandığı bir şanlı tarix var. Bu tarixi qələbəni bizlərə yaşadan oğullardan biridə Qorxmaz Firon oğlu Allahverdiyevdir.

 10 noyabr 2001-ci il  Qazax rayonun Xalıqlar  kəndində dünyaya göz açıb. 2008-ci ildə  Xalıqlar kənd tam orta  məktəbində təhsil almış və 2019-ci ildə  həmin məktəbin məzunu olmuşdu.

  Qorxmaz Allahverdiyev 27iyun 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı. Hər bir azərbaycanlı kimi  vətəni qorumağı özünə borc bilirdi. Vətəni canından artıq sevən Qorxmaz Vətən müharibəsinin iştirakçılarından oldu.

Döyüş xatirələrini bizimlə paylaşan Qorxmaz əsgərlərimizdə yüksək ruh yüksəkliyi olduğunu hər gün yeni ərazilərimizin düşmən tapdağından azad olmasını necə sevinclə qarşılandığının şahidi olduğunu bizlərlə bölüşdü. Bizlər yalnız qələbə əzmi ilə irəli gedirdik. Tək istəyimiz  var, o da torpaqlarımızın azad olması idi. Çox şükür ki, bizlər bir yumruq altında birləşərək, Zəfər sevincini yaşamağa nail olduq.

  27 sentyabr 2020-ci ildə döyüşlər başlayan zaman bizlər Ağdamın müdafiəsində olduq. Daha sonra 04.10.2020-ci il tarixində  Suqovuşan istiqamətində hərəkətə keçdik. Döyüş ağır keçdi. Suqovuşan istiqamətində gedən döyüşdə bölümüyüz şəhid verdi. Xeyli sayda yaralımız oldu. Lakin bunlara baxmayaraq, qalib olduq.

Yenidən Ağdama  geri qayıtdıq və Ağdam şəhərinə daxil olduq. Döyüşlər zamanı 2-ci tağım komandirimiz şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onlar bu torpağın mərd oğulları idi.

44günlük Vətən müharibəsi bizim necə həmrəy  olduğumuzu bütün dünyaya göstərdi.

Döyüşlərdə göstərdiyi şücaətə görə Qorxmaz Firon oğlu Allahverdiyev “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Günel Ağayeva

21 Mar 2022 - 16:32 -


TÜM RÖPORTAJLAR GÖSTER



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?