"Onun ürəyindən başqa heç yeri qalmamışdı, o da 11 gün döyündü” - Şəhid ailəsi ilə MÜSAHİBƏ

O həm anam idi,  həm bacım, həm də sirdaşım

Haber albümü için resme tıklayın

 “Komadan oyanıb bircə dəfə gözünü açsaydı, yaşayardı. Qarın hissəsi yox idi, 5.45 gülləsindən vurulmuşdu. Aldığı 3 güllədən birini də özüylə torpağa apardı. Ağciyərində qalmışdı”

Şəhid Elvin Abbasovun anası Bahar Abbasova danışır.

“O həm anam idi,  həm bacım, həm də sirdaşım. Bu dəqiqə desələr ömrünü ver, Elvinin gəlir, göz qırpmadan verərəm. İndi əynimdə gördüyünüz paltarı o mənə alıb. Tikdirdiyi donu isə saxlayıram, geyinə bilmirəm... Ona baxanda elə bilirəm ki, Elvinin əl işləri oradadır. Hər gün şəkilləri ilə üzbəüz durub danışıram.  Baxın, Taxtakörpüdə - Ağcabədidə çəkdirib o şəkli. Bu şəkil mənə oğlumdan qalan ən dəyərli əşyadır. Onun maketini də hazırlatdırmışıq. O gün tədbirdə qazilər o maketi gətirəndə məclisdəki jurnalistlərdən biri dedi ki, niyə bu qazi gülə - gülə içəri girir? Maket o qədər təbii alınıb ki, onu canlı insana bənzədibdi. Hamı elə deyir. Mənə də elə gəlir ki, o şəkildə mənə baxır, söhbət edir, danışır mənimlə”. 

Şəhid Elvin Abbasov da Vətən Müharibəsində hərbi komissarlığa gedib könüllü yazılanlardan biridir. Ailədə 3 övlad olan Abbasov qardaşlarının ən kiçiyi elə ən böyüyü idi - anası belə deyir: “Hamımızın dayağı idi Elvin, indi arxasız qalmışıq sanki”.  

Çağırışın sonuncu günü döyüşlərə gedir, müharibənin sonuncu günü yaralanır...

 Oktyabrın 9-u bir gün əvvəl aldığı yeni paltarını geyinib cəbhəyə getmək arzusu ilə yola düzəlir. Həmin gün sevincindən anasını bərk-bərk qucaqlayıb, “axır ki, gedirəm, məni də sonuncu gün çağırdılar” deyib. Məşhur videosu da: “Mən oradakı oğlanlardan nə əskik deyiləm, nə də artıq. Gedirəm!”. 

Gedir. Bölündüyü birinci batalyon ilə cəbhə bölgəsinə yollanır. Düz 1 aydan sonra - noyabrın 8-dən 9-a keçən gecə yaralanır. Xocavənd - Şuşa ərazisində gedən döyüşlərdə aldığı 3 güllə yarası bədəninin yarısını aparır. Oradan Ağcabədiyə aparıb əməliyyat eləyiblər. Mədəaltı vəzi, mədəsi, qida boruları götürülür. 

Şəhidin ailəsinə son zəngi...

E Abbasovun anası deyir ki, sonuncu gün, noyabrın 8-dən 9-a keçən gecə, saat 4-ə 20 dəqiqə işləmiş danışmışıq. Dedik ki, “Elvin, insanlar bayraq əllərində sevincdən Bakının hər yerində yellədirlər. O da cavab verdi ki, o bayrağı burada qaldırsınlar, orada yox. Bayrağı burada yelləmək lazımdır”.

Abbasov Elvin Səxavət oğlu 1993-cü il iyunun 17-də Şamaxının Çarhan kəndində anadan olub. Ailədə 3 qardaş olublar: Möhsün, Emil, Elvin. 

Elvin 2013-2015-ci illərdə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Vətən Müharibə başlayanda heç kimə demədən Nizami Rayon Hərbi Komissarlığına gedib adını yazdırıb. Oktyabrın 9-u isə çağırışa əsasən müharibəyə yollanıb. Noyabrın 9-u Xocavənd - Şuşa ərazsində gedən döyüşlərdə yaralanıb, 22-si şəhid olub. Vəfatından sonra Prezident İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. 

Oğlunuzun yaralı olduğunu necə bildiniz?

Bahar Abbasova: “3 gün idi Elvin mənə zəng etmirdi. Hər gün mənimlə danışan adam 3 gün mənə zəng eləmirsə, bildim ki nə isə olub. Çünki o məni nigaran qoymazdı. Neçə gün idi ki, kürəyim yanırdı. Axırda dözənmədim, mənə zəng elədiyi nömrəni yığdım. Bilmirəm kimiydi, dedi ki, Elvin burada deyil. Mən də xahiş elədim ki, sənə kontur yükləyəcəm, məni oğlumla danışdır. Dedi mən yuxarıdayam, Elvin aşağıda. 2 satdan sonra yenə zəng elədim. Bayaqkı oğlan telefonu Elvinin komandirinə verdi. Oğlumu soruşanda dedi ki, qıçı sınıb, aparmışıq Füzulu xəstəxanasına. Sən demə, həmin vaxt Xocavənd - Şuşa ərazsində gedən döyüşlərdə yaralanıbmış oğlum. 

Noyabrın 12-si, gecə qardaşı, atası və mən getdik rayona. Buradan Ağcabədiyə 1 saat 18 dəqiqəyə çatdıq. Biri deyir, Elvin Füzulidədir, biri deyir Ağcabədidə. Deyirlər ki, oğlunuz Ağcabədiyə Elvin adı ilə gəlib, Şirin adı ilə çıxıb. Yəni çətinliklə oğlumu tapdıq. Sonra qardaşını kənara çəkib deyiblər ki, Elvin reanimasiyadadır. Həkim dedi ki, adamınız varsa, apara bilirsinizsə, aparın. Biz də onu aparata qoşulu vəziyyətdə gətirdik Bakıya. 

Elvinin böyük qardaşı Möhsün deyir ki, - “mən Elvinin yanındaydım, arxadan isə atam və anam gəlirdi. Həkim dedi ki, Elvinin vəziyyəti yaxşı deyil, çətinliklə nəfəs alırdı. Lökbatan dairəsində maşını saxlatdırdım ki, qardaşım anasını, atasını görsün, görüşsünlər. Onda anamdan su istədi. Qida borusu olmadığına görə də ona su olmazdı”.

Hava balonunun oksigeni qurtarır, son 5 dəqiqə, yollarda tıxac...

Şəhidin qardaşı Möhsün Abbasov: "Təcili yardım maşınının sürücüsü deyirdi ki, müharibənin ilk günündən buradayam, belə xəstə daşımamışam. Ağcabədi yolunu keçəndə sağlam insan belə narahat olur, özündən asılı olmadan səs çıxarır, Amma bu insandan bir dəfə də səs çıxmadı. Sadəcə üz əzələləri hərəkət eləyirdi. Qardaşım bax belə dözümlü insan idi. Yolboyu çətinliklə gəldik Bakıya. Yolda hava balonunda oksigen qurtardı, həkim də deyir qoyma qardaşını yatsın, sonra ayıla bilməyəcək. Başqa təcili yardım maşınlarında hava balonu axtarmağa başladıq. Son 5 dəqiqə qalıb, yolda da tıxac. Təsəvvür edin, biz o balonu necə əldə etdik. Vaxt qısa, qardaşımın da vəziyyəti pis. Gördüm maşın gedə bilmir, tıxacdı, həkimlə maşından düşüb qaça-qaça gedib balonu gətirdik. Balonu aparata qoşan kimi ayıldı, yenə də hər şeyə güc gəldi qardaşım. Mən orada qışqırıb ağlayanda həkim dedi ki, Elvin nə isə demək istəyir. Aparatı ağzından çıxaranda dedi ki, həkim buna fikir verməyin, bu qaraçıdır, ağlayacaq. Orada da çalışırdı ki, mən ondan narahat olmayım".

Ağciyərində qalan gülləyə görə Kovid diaqnozu qoyurlar və...

M.Abbasov deyir ki, əvvəlcə Xəzər klinikasına apardıq: “Sonra ağciyərindəki gülləni aparatda qara ləkə kimi görüb elə bildilər ki, o, karona xəstəsidir. Bizdə “güclü” həkimlər olduğuna görə qardaşıma Kovid diaqnozu qoydular. Rayondakı bütün tibbi sənədləri onlara verib dedim ki, Elvin korona xəstəsi deyil, olsa burada qeyd edərdilər. Dedilər icazə yoxdu. Ona görə Semaşkoya (1 saylı kliniki Tibbi Mərkəz) təyinat verdilər. Biz istəmirdik ora getsin. Amma gecənin bir yarısı, saat 5, xəstə qalıb ortada, nə edə bilərdik? Apardıq ora. Gecə gözü açıq xəstəxanaya getdi, səhər komaya düşdü”.

Bahar Abbasova xəstəxanadan narazılıq edir: "Mən ermənilərdən çox Semaşkonun bəzi həkimlərindən narazıyam. Elvin yolda belə mənimlə, qardaşı ilə danışdı. Su istəyirdi məndən. Həmin gecə onu karona bilib nə iynə vurdularsa, oğlum komaya düşdü. Vəziyyətinin pis olduğunu görüb Yeni klinikaya apardıq. Güllənin yarısı ağciyərində qalmışdı deyə nəfəs ala bilmirdi. Aparatdan asılı idi. Yeni klinikanın reanimasiya şöbəsində onu ayıtlmışdılar, amma özləri yatızdırırdılar ki, bədəni qüvvə toplasın, zəifləməsin. 12 gün komada qaldı. Ağciyərini aparata salanda ağappağ göstərmişdi, böyrəyi də dayanmırdı daha. Özünə gəlməyincə də onu əməliyyat eləmək olmazdı, elə ağciyərində qalan güllə ilə getdi torpağa. Noyabrın 22-si şəhid oldu balam. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub”.

Şəhid anasından şəhid analarına...

“Ağır dərddir, nə desək də, dözülməsi çətindi. Təsəllimiz onların əşyaları, şəkilləridir. Şəhid anaları olaraq biz bir-birimizin yanındayıq, rayon, yaxud şəhər fərq eləmir, bacardığımız qədər bir-birimizin məclislərində iştirak edirik. 

Oğlumun adına bir bulağın, bir də məktəbin, yaxud küçənin olmasını istəyirəm

“Şəhid anası kimi nə ev istəyirəm, nə də maşın. Mənə var-dövlət lazım deyil, 3 oğlumla birtəhər də olsa bu balaca evdə yaşayacağam. Evimizin qarşısında bulaq tikmişik, ancaq buradan xeyli aralıda köhnə bir bulaq da var, onu təmir etdirib oğlumun adı verilsə, ailəlikcə şad olarıq. Çünki oğlum torpağımız - vətənimiz üçün əlindən gələni könüllü edib. Bura Qafqaz küçəsi adlanır, məncə, küçə şəhid adını daşısa heç kim narahat olmaz, əksinə, biz şəhidlərimizi uca tutmalıyıq. Ya küçə, yaxud məktəb oğlumun adını daşısın. İstəyirəm ki, bir məktəbə oğlumun adı verilsin. Özünün oxuduğu məktəb Qarabağ şəhidinin adınadır, lakin burada onlarla məktəb var. Onlardan birinin mənim oğlumun adını daşımasını istəyirəm. Qoy qəhrəmanlarını o məktəbdə təhsil alan balalar da tanısın. Elvin özü də savadlı oğlan idi, Politexnikin nəzdindəki kollecdə dizayn sahəsi üzrə təhsil alıb. Polis olmaq istəyirdi, qismət...  Özümə onun torpaq altında yatdığını bağışlaya blmirəm. Bu bir ildə mənimlə danışdı, elə bil yuxularımda mənimlə söhbət etdi. Hətta rahat olması üçün uğurunda şəhid olduğu Şuşanın suyunu, torpağını gətirib Elvinimin üstünə tökmüşəm”.

Azadə Yolçu

Mənbə: FED.az

# Dedi

28 Kas 2021 - 15:26 -

Muhabir  Gunel Ağayeva


TÜM RÖPORTAJLAR GÖSTER



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.


İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?