ŞANLI ZƏFƏRİN QALİB ƏSGƏRİ

Döyüşlərdə göstərdiyi

+4
Haber albümü için resme tıklayın

 

 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına ən gözəl müjdələr verdi. Bir-birinin ardınca  torpaqlarımızın işğaldan azad edilməsi xəbəri kiçikdən-böyüyə hər kəsin qürur sevincinə səbəb oldu. Azərbaycan xalqı bir yumruq kimi birləşərək, şanlı ordumuzun hər zaman yanında oldu. Müzəffər ordumuzun şanlı zəfəri tarixin qızıl səhifəsinə yazıldı. Qəlbimiz onlarla bir döyündü, dualarımız hər zaman onlarla birgə oldu.

Şanlı zəfərin qalib əsgərlərindən biridə Ruslan Elxan oğlu Rüstəmovdur. Əslən Göyçay rayonundan olan Ruslan Rüstəmov 30 avqust 1992-ci ildə Rusiya Federasiyasının Smolensk vilayətində  anadan olub.

27 sentyabr 2020-ci ildə müharibənin ilk başladığı gündən döyüşlərə qatılıb.

İlk döyüş yolumuz  Füzuli istiqamətindən başladı. Biz orada müdafiədə olduq. Müharibənin ilk günündən etibarən ordumuzda döyüş ruhu yüksək idi. Hər birimiz qələbə çalacağımızdan əmin idik. Çünki biz Azərbaycan əsgəri idik.

Mən (TƏT) tank əleyhinə  tağımda  olmuşam. Döyüşlər zamanı bizim tağımda  şəhid və yaralanan əsgər yoldaşlarımız oldu. Füzuli istiqamətində döyüşdə olarkən, düşmən  bizim istiqaməti qrat mərmiləri ilə atəşə tuturdular. Təbii, bizlər də qarşı tərəfi cavab atəşi ilə susdururduq. 

Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlər ağır döyüşlərdən idi. Döyüşlərimiz əsasən gecə saatlarından başlayırdı. Müharibə bitənə kimi döyüş yoldaşlarımla birgə çiyin-çiyinə döyüşürdük. Xudafərin körpüsünün azad olunması tarixi hadisələrdən biri idi. Xudafərin körpüsünü keçəndən sonra  körpünün qrat vasitəsi ilə vururdular. Yolu bağlamaq istəyirdilər ki, bizlərə heç bir yerdən yardım gəlməsin. Bizlər döyüş zamanı uzaq məsafəli silahlardan istifadə edirdik.

Zəngilan istiqamətində gedən döyüşlərimiz ən ağır döyüşlərimizdən oldu. Zəngilan istiqamətində  gedən döyüşlərimizdə bizlər mühasirə düşdük. Mənfur düşmən bizim ordunun qələbəsini həzm edə bilmirdi. Bizlər mərkəz ilə rabitə əlaqəsi yaratdıqdan sonra “HAROP” vasitəsi ilə mühasirədən xilas olduq. Zəngilan rayonunun Ördəkli, Mirzəhəsənli, Rəzdərə, Malatkeşin, Məmmədbəyli, Kolluqışlaq, Meşədi İsmayıl və digər kəndlərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Bütün dünya Azərbaycan xalqının iradəsinə şahid oldu. Hər birimizdə döyüş əzmi, ruh yüksəkliyi vardı. İşğaldan azad olunan hər bir kənd, şəhər və yüksəkliklər bizlərin qürur mənbəyi idi. Tək məqsədimiz  var idi.O da Qarabağı azad etmək. Qarabağ Azərbaycandır!

Döyüşlərdə göstərdiyi şücaətə görə Ruslan Elxan oğlu Rüstəmov “Сəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Günel Ağayeva

24 Eki 2021 - 20:41 -

Muhabir Gunel Ağayeva


TÜM RÖPORTAJLAR GÖSTER


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?