VƏTƏN MÜHARİBƏSİNİN QƏHRƏMANI... EL İGİDLƏRİLƏ TANINAR

Gələcək nəsillər üçün şanlı tarix yazan

+2
Haber albümü için resme tıklayın

El igidlərilə tanınar.

Otuz ildir davam edən Qarabağ adlı qanayan yaramıza məlhəm olan 44 günlük  "Vətən" müharibəsinin qalib əsgərləri. 

Bugün bizlər Zəfər bayramını qeyd ediriksə, sizlərə borcluyuq.  Qələbəni canı-qanı bahasına yazan Vətən oğulları sizlərlə fəxr edirik!

Gələcək nəsillər üçün şanlı tarix yazan qazilərimizdən biridə Nicat Mehman oğlu Həsənovdur.

Nicat Mehman oğlu Həsənov 14 fevral 1999-cu ildə Bakı şəhərində anadan olub. Ailədə 3 uşaq olublar.  İki qardaş bir bacı. Anasını erkən yaşında itirib.

Qazi Nicat Həsənov həqiqi hərbi xidmətdə olarkən, “Vətən” müharibəsi başlayıb. Elə ilk günlərdə döyüşlərdə iştirak edib.

 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Tərtər - Ağdərə istiqamətində döyüşə qoşulmuşam. Rabitəçi olmuşam. Çox ağır döyüş gedirdi. Döyüş yoldaşlarımla çiyin-çiyinə döyüşmüşəm. İki dəfə yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüş meydanından geri çəkilməmişəm, döyüşə davam etmişəm. Biz əsgər yoldaşlarımla şərəflə döyüşürdük. Üç dəfə keçid də iştirak etmişəm.

İkinci döyüşümüz 6 oktyabr tarixində başladı. Qanlı döyüş zamanı komandir yaralandı. Mən rabitəçiylə əlaqə  qurdum ki, döyüş komandirimiz yaralanıb, onu döyüş zonasından çıxarmalıyıq. Döyüş yoldaşlarımın atəş dəstək yardımı ilə komandiri döyüş zonasından çıxartmağa başladım. Çox çətinliklə komandiri səngərə sala bildim. Səngərin içərisində sürüyə-sürüyə 700 metr yol qət etdik.

Düşmən yaralı çıxarmağa imkan vermirdi. Bizləri görən kimi   atəş açırdılar. Snayper və müxtəlif iri çaplı silahla atəş açırdılar. Şıxmağımıza 200 metr qalmışdıkı minamyont gəldi yanımıza düşdü. Onun partlaması nəticəsində mən divara çırpıldım. Qulaqlarımda cingilti oldu. Heçnə eşitmədim, yerə uzandım. Bu anda komandir mənə nəsə deyirdi, amma mən heçnə eşitmirdim. Eşidə bilmədiyim üçün tədirgin oldum ki, komandiri burdan necə çıxaracam? Ya Allah deyib, ayağa qalxdım. Komandiri sürüyə-sürüyə öz səngərimizə çatdırdım. Bu anda özümdən getdim. Ayılanda gördüm ki, məntəqədəyəm. Bir həftə davam edən müalicədən sonra qulaqlarım açıldı. Məntəqədə olarkən, cəbhəyə döyüş yoldaşlarımın yanına qayıtmaq istəyirdim. Bilirdim ki, bu çətin zamanda burada olmaq əbəsdir. Cəbhəyə döyüş yoldaşlarımın yanına yollandım. Döyüşlərə qoşuldum. Fəxr edirəm ki, Azərbaycan Respublikasına xidmət edirəm.

Üçüncü döyüşümüz isə 20 oktyabr tarixində başladı.

Gecə əmr gəldi ki, çıxış var. Döyüşə başlanılmalı idi. Döyüş yoldaşlarımla bütün silah sursatlarımızla birgə hazırlaşdıq. Komandirin yanında hər zaman iki rabitəçi olurdu. Ağdərə istiqamətində yola düşdük. Gecə saat 03:00-da  neytral zonaya çatdıq. İki kilometr sürünə-sürünə yolumuza davam etdik. Səhər saat 06:00 olardı oktyabr ayının 21-i hücum əmri gəldi. Hücuma keçdik. Üzərində iyirmi kiloqramdan artıq yüklə döyüşmək asan iş deyildi. Bizlər keçidi keçdik. Önümüzdə komandir gedirdi, əsgər yoldaşlarımla birgə bizdə onun arxasınca döyüşürdük. İrəliyə doğru döyüşə-döyüşə addımlayırdıq. Bu zaman düşmən tərəfindən atılan minamyot bizim üzərimizə doğru gəldi. Yaxınlığımıza düşdü. Bizləri 3-4metr kənara tulladı. Yerdə neçə müddət qaldığımızı xatırlamıram. Gözümü açanda gördüm ki, döyüş yoldaşlarımın hamısı yerdə yatır. Komandirim və mənimlə birgə gedən rabitəçi yoldaşım yaralanıb. Rabitəçi yoldaşımın şəhid olduğunu bilmirdim. Sürünə-sürünə yoldaşımı səngərə çəkib, saldım. Sonradan bildim ki, artıq döyüş yoldaşım şəhid olub. İlk dəfə idiki, döyüş yoldaşım qucağımda şəhid oldu. Mən köməyin gəlməsi üçün qışqırırdım ki, kömək gəlsin. Mən özümdə yaralanmışdım. Sadəcə isti-isti olub deyə hiss etməmişəm. Rabitəçi yoldaşım 20-30qəlpə yarası almışdı. Çox qan itirdi. Şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Digər yoldaşlarım komandirimizi səngərə sürüyə-sürüyə salmışdılar. Rabitə daşının bateryası bitmişdi. Məlumat ötürə bilmirdik. Atəşin altından bitəhər çıxıb, yeni daş gətirməli idik. Boş daşları götürüb, öz mövqəyimizə doğru irəlilədim. 2-3 kilometr getdikdən sonra yolun yarısında ayaqlarımı hiss edə bilmədim. Onda başa düşdüm ki, artıq yaralanmışam. Yolda məni görən sanitar məni dartıb, səngərə doğru sürüyüb, saldı. Gözlərim qaraldı, bədənim üşüdü, heç nə hiss edə bilmirdim. Müalicə almaq üçün Tər-Tər rayon mərkəzi xəstəxanaya göndərdilər. Oradan isə Bərdə rayon xəstəxanasında müalicə aldım. Ayağımda bir neçə qəlpə var. Lakin buna baxmayaraq, 24 noyabr tarixindən etibarən yenidən könüllü olaraq, Ağdərə-Suqovuşan istiqamətində mövqeyimə qayıtmışam. Vətənə canım fəda. Bu bizim borcumuzdur.

Bir söz vardı.  Otuz ildirki, eşidirdik. Ya Qarabağ! Ya ölüm! Həqiqətən bu söz öz reallığını tapdı. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Bu döyüşdə iştirak etdiyim üçün qürur hissi duyuram.

 Vətənin mərd oğulları, Tanrı sizlərə yar olsun.

Şəhidlər ölməz, Vətən bölünməz

deyərək, canlarını fəda edən Şəhidlər, Allah sizlərə rəhmət etsin!

 

Günel Ağayeva

12 Ara 2020 - 21:06 -

Muhabir Gunel Ağayeva


TÜM RÖPORTAJLAR GÖSTER


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?