“Dünya xilas olacaq”

Adlı online rəsm sərgisi

+29
Haber albümü için resme tıklayın

 Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADRA-nın nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universiteti  tələbələrinin birgə hazırladığı  “Dünya xilas olacaq” adlı online rəsm sərgisi keçirilib.

Sərginin məqsədi  Covid-19 pandemiyası  ilə əlaqədar olaraq, insanlarda yaranan həyəcan, stress və qorxu hissinin yaranmasının qarşısını almaq və bu yolda bizlərin xilaskarı olan tibb işçiləri, polis və əsgərlərə təşəkkür etmək , onların bizim sağlamlığımız üçün atdıqları addımları dəstəkləmək, xəstəlikdən müdafiə üsulları haqqında insanları maarifləndirmək və yöndə onlara yardım etməkdir.

Sərginin təşkilatçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin müəllimi Fərəh xanım Əmirovadır.

F.Əmirova sərginin əsas mahiyyətindən söz açıb. O, bildirib ki, bu sərginin ərsəyə gəlməsi üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADRA-nın nəzdində İncəsənət Kolleci və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə və məzunlarının əl işləri nümayiş olunub. Online rəsm sərgisi zamanı tələbələrin  rəsm, heykəllər və dizayner işləri sərgilənib. Sərgidə 69 nəfər  iştirak edib və 90 əsər nümayiş olunub.

F.Əmirova həmçinin onuda qeyd edib ki, sərgidə iştirak edən tələbələr  nominasiya və  sertifikatlarla  təltif olunub.

Ən gözəl rəsm əsəri nominasiyasına görə birinci yerə Aytəkin Zayidova layiq görülüb.

Mercek haber gazetesi sərgidə nümayiş olunan şəkilləri sizlərə təqdim edir.

Günel Ağayeva

19 Ağu 2020 - 20:44 -

Muhabir Gunel Ağayeva



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?