Karantin bitdiyi anda ilk olaraq, nə edəcəksiniz? SORĞU

Müəyyən məhdudiyyətlər aradan

2019-cu ilin sonu 2020-ci ilin əvvəllərindən Çinin Yuhan şəhərindən yayılmağa başlayan “COVİD-19” pandemiyası hər kəsin həyatına təsirsiz ötüşmədi. Dövlətlər arası gediş-gəliş bağlandı, turizm şirkətləri öz fəaliyyəti dayandırdı, karantin rejimləri tətbiq olundu. Müəyyən məhdudiyyətlər aradan qaldırılsa da, hələ də,  karantin rejimi tam ləğv olunmayıb. Karantin rejimi bizlər üçün darıxdırıcı olsa da, bəzi vərdişlərimizdən imtina etmiş olduq.

Bəs,  görəsən, karantin bitdiyi anda ilk olaraq, Bakı sakinləri nə edəcəklər?

Yaqut Hüseynova (Jurnalist) - Gəzintiyə  getməkdən məhrum olmuşam. Azərbaycana gedəcəkdim, amma yollar bağlandı. Gedə bilmədim. Azərbaycan üçün çox darıxıram.Məsafələr uzaq olsa da,  karantin günləri bizə sevdiklərimizə ürəkdan sarılmağı öyrətdi. Bir-birimizin daha çox qədrini bilməyi qətrə-qətrə bizlərə başa saldı. Yenidən birlikdə sağlam bir dünyaya yenidən gülüşümüzü dağıtma ümidiylə...

Azadə Yolçu  (Jurnalist)- Termosumu götürüb sahilə gedəcəm. Doya-sıya tünd çayımı içib sevdiyim mahnıları dinləyəcəm. Ayrılmış ərazidə saatlarla velosiped sürəcəm. Uzun müddətdir görmədiyim insanlarla görüşəcəm. Burnunu öpmək istədiyim insanlarla - əzizlərimlə daha çox vaxt keçirəcəm. İlk görəcəyim iş, özümə və sevdiklərimə kənarda vaxt ayırmaq olacaq.

Rəhim Abbaslı (Menecer)- Dünya turlarına səyahətə çıxmağa davam edəcəm.


Aytac Mustafayeva (Tələbə)-Karantin bitdikdə ilk işim dəniz kənarında gəzmək olacaq.


Gülər Hacıyeva (müəllim(ə))-Övladlarımla təmiz havada gəzmək onlarla əylənmək olacaq.


Könül Həsənova (musiqi müəllim(əsi)i) -Mən analıq məzuniyyətində olduğum üçün onsuzda evdə oluram. Karantin rejimi bitdikdən sonra ilk işim mollara getmək olacaq. Həm öz könlüm açılsın, həm də ki,  övladım üçün əyləncəli gün olsun.


Sayalı Mahmudova (HR mütəxəssisi) –Hər zaman deyirdim , amma  etmirdim. Bundan sonra işdən sonra nə qədər yorğun olsam da, çoxlu-çoxlu gəzəcəm. Havanı bol-bol ciyərimə çəkəcəm.Artıq evdə demişəm: mən hər gün evə gec gələcəm. Bakını gəzmək istəyirəm.


Nicat Abdülrəhmanov (İqtisadçı) – Dostlarla stadionda futbol izləməyə gedəcəm.

Adəm Bağırzadə (Neft mühəndisi)-Karantin bizlərə çox şey öyrətdi. Müəyyən vərdişlərimizdən imtina etməli olduq. Amma indiki şəraiti nəzərə alaraq, deyə bilərəm ki, karantin bitdikdən sonra ailəmlə birlikdə Şəkiyə gedib, dağların havasını ciyərimə bol-bol çəkmək istəyirəm. O gözəllikləri gözlə görmək başqa dünyadır.


Karantin rejiminin olduğu bir zamanda çalışaq sağlamlığımızı və sevdiklərimizi qoruyaq.


Günel Ağayeva

24 May 2020 - 15:57 -

Muhabir Gunel Ağayeva



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?