Ehtiyaclılara evlərində iftar etməyə şərait yaratmalıyıq - Hacı Şahin Həsənli

Evlərində ehtiyaclı insanların iftar açmasına

“Hazırda karantin rejiminə görə kütləvi iftar tədbirləri keçirilmir, ancaq insanlar bütün ibadətləri fərdi qaydada öz ailələri ilə birlikdə davam etdirirlər".

Bunu karantin rejimində sosialtəcrid vəziyyətinə görə Ramazan ayında hansı dəyişikliklərin olması ilə bağlı açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Mövzu ilə əlaqədar “Ruhun qidası” verilişində çıxış edən ilahiyyatçı pandemiya vəziyyətində Ramazan ayının bütün ibadətlərinin fərdi şəkildə qeyd olunmasının vacibliyini bildirib:“Hazırda pandemiya vəziyyətində Ramazan ayı daxil olub. Ramazan ayı fərdi şəkildə qeyd olunacaq. Azərbaycanda da dünyanın hər yerində olduğu kimi bu virusun yayılmasından insanları qoruyan ən əsas vasitə özünütəcriddir. İnsanlar özünütəcrid qaydalarına riayət etməlidir, sosial məsafə gözləməlidirlər. Azərbaycanda Operativ Qərargahın qəbul elədiyi qərarlara hər bir vətəndaş əməl etməlidir. O cümlədən “nazlı” vətəndaşlar da. Ona görə də bu ilin Ramazan ayı özünəməxsusluğu ilə seçilir. Yəni kütləvi iftar tədbirləri keçirilmir.

İnsanlar bütün ibadətləri fərdi qaydada öz ailələri ilə birlikdə keçirir. Əgər xüsusi karantin rejimində müəyyən dəyişikliklər – yumşalmalar olarsa, Qafqaz Müsəlmanları İdarəsi də bununla bağlı müvafiq qərarlar verə bilər. Ramazan ayının sonun akimi insanlar məlumatlana bilərlər. Ancaq hər halda indiki şəraitdə bütün sosial tədbirləri, yardımlaşmanı təması məhdudlaşdırmaqla da həyata keçirmək olar. Azərbaycanda bu dövrdə çoxlu yardım aksiyaları keçirildi, o cümlədən məsciddə də bizim dini icmamız 1000-dən çox ailəyə yardım edildi. Könüllülərin vasitəsilə Azərbaycanda və xaricdə yaşayan soydaşlarımızın göndərdiyi vəsait hesabına ailələrə kömək olundu. Düşünürəm ki, Ramazan ayı boyunca bu aksiyalar davam etdirilməlidir. İftar süfrələrinin təşkil olunması üçün ehtiyaclı insanlar yad olunmalıdırlar”. Hacı Şahin Həsənli bildirib ki, bütün məhdudiyyətlərə baxmayaraq, yardımlaşma aksiyası davam etdirilməlidir: "Oruc Ramazan ayının ən başlıca xüsusiyyətidir. Bütün bu məhdudiyyətlərə, kütləvi iftar süfrələrinin olmamasına baxmayaraq, biz hər halda yardımlarımızı insanlara müxtəlif vasitələrlə çatdırmalıyıq. Evlərində ehtiyaclı insanların iftar açmasına şərait yaratmalıyıq”.

Azadə Yolçu

30 Nisan 2020 -

Muhabir Gunel Ağayeva



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?