Məşhurların yardımlaşması niyə birmənalı qarşılanmır

Gəlin biz həmişə müsbətlərdə

Haber albümü için resme tıklayın

Xüsusi karantin rejimində yardıma ehtiyacı olan insanların sayı artır.

Belə ehtiyaclılara xüsusilə uşaqlar, yaşlı və xəstə insanlar aiddirlər. Müəyyən qrup insanlar ehtiyacı olan tək yaşayanlar, ailələr üçün müxtəlif formada yardım kampaniyaları təşkil edirlər.

Bu sırada məşhurların da adı keçir. Ancaq bəzi məşhur şəxslərin xeyriyyə işlərini cəmiyyət birmənalı qarşılamır; bəziləri bunu özünüreklam kimi adlandırır, bəziləri də yardım məqsədilə uzanan əl kimi. Deyirlər ki, o uzanan sağ əli sol əl bilməməlidir, yardımları şəkilsiz, video-görüntüsüz də etmək olar.

Dəyərlərində xeyriyyə əməlləri olan bir cəmiyyət niyə bu gün həmin məşhurların əməllərini yalnız reklam kimi qəbul edir?

Mövzu ilə bağlı açıqlama verən Sosiloq Zəminə Səfərova deyir ki, bu günlərdə ən çox sosial şəbəkələrdə imkansız ailələrə yardımlarla bağlı çox söz-söhbətlər gedir:

“Təbii insanlar, fikirlər, yanaşmalar eyni deyil. Lakin ümumilikdə götürəndə insanların bu yardımlaşmanı reklam kimi qəbul etmələri düzgün deyil. Əvvəla, bu yardımlaşmaları sosial şəbəkəklərdə gördükcə, hər bir regiondan, hər bir yerdən həm imkansız ailələrin aşkarlanmasına səbəb oldu, həm də xarici ölkələrdə yaşayan həmvətənlərimiz yardım etmək üçün iştirak etməyə başladılar. Bunun müsbət tərəflərinə baxmaq lazımdır.

Biz bu günümüzdə nəyə görə müsbət tərəfləri görmürük, yalnız olmayan mənfi tərəflər axtarırıq?

Gəlin biz həmişə müsbətlərdən danışaq və onları dəyərləndirək. Əgər bir şəxs özü yardım edirsə və bu onun öz şəxsi təşəbbüsü ilə olduğu üçün heç kimin bilməməsinin, heç yerdə görünməməsinin qərarını o şəxs özü verə bilər. Lakin insanlar qrup halında yardımlara dəstək olursa, onu ailələrə çatdıran şəxs mütləqdir ki, şəffaflıq üçün həmin yardımları göstərsin. Çünki onlar yardımları şəffaflıqla sahibinə çatdırmalı və işıqlandırmalıdırlar. Mən deyərdim ki, hər bir insan yardım paylaya bilməz. O insanda insanlara yanaşma üsulu olmalıdır. Hətta bununla bağlı təlimlər də keçmək olar. Vaxtilə biz kütləvi şəkildə qaçqın və məcburi köçkünlərə yardımlar paylanışında iştirak etmişik. Əgər dəvət etsələr bu üsullarla bağlı könüllü təlim keçə bilərəm.

İnsanlara yardım paylayarkən onlara koronavirus (Covid-19) pandemiyası ilə bağlı kiçik maarifləndirici mesajlar da vermək olar. Çünki həmin insanları başqa vaxt belə toplamaq çətin olur. Bu gün çox sevindirici haldır ki, ölkə başçımızın mesajı #bizbirlikdəgüclüyük, #bizhəmrəyik şüarları həqiqətən də bir xalq olaraq bizi bir yumruq kimi birləşdirdi. İstər Azərbaycandan, istərsə də dünyanın bir çox ölkələrindən birlik göstərdilər və biz də möhtərəm Prezidentimizin ətrafında sıx birlik nümayiş etdirməyə nail olduq”.

Azadə Yolçu

20 Nis 2020 - 17:20 -

Muhabir Gunel Ağayeva



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi


Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?