Şəhidlər unudulanda yaxınları ölür...

   İçəri keçən kimi xanımların ilk sözü bu oldu: "Niyə indiyə kimi gəlməmişdiniz? 1 ildir şəhidlərimiz var, gəlib heç kim çəkmir, yazmır...". Tək sözüm o oldu ki, - "haqlısınız!".

Lənkəranda doğulub Şuşada həlak oldu...

Həmin gün şəhid Heydər Qənbərzadənin 24-cü ad günü idi. O, Lənkəranın Cil kəndindəndi... Ad günü də deyirəm, bilmirəm, şəhid olanların həmin gününü necə yazmaq, nə cür səsləndirmək, hansı formada demək lazımdır. Onu bilirəm ki, 24 il əvvəl, 1997 – ci ilin soyuq oktyabrında (10) doğulub. 2020 – ci ilin soyuq noyabrında da (9) Şuşada həlak olub.

Xatırlatma: Lənkəranın Cil kəndi 7 şəhid verib, 4-ü Qarabağ Müharibəsinin, 1-i Aprel döyüşlərinin, 2-si Vətən Müharibəsinin şəhidləridir. Mərasimdə də 4 şəhid anası eyni dərdlə yan-yana oturmuşdular; eyni dildə danışır, eyni sözləri deyirdi üzlərinin xətləri...

Heydər Qənbərzadə orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq və çavuş rütbəsi alaraq hərbi xidmətini davam etdirib. O, 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Füzuli və Hadrut döyüşlərində vuruşaraq Şuşaya qədər irəliləyir.

H. Qənbərzadə noyabrın 9 - u 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olur...

Vəfatından sonra "Vətən uğrunda" (15.12.2020), "Şuşanın azad olunmasına görə" (29.12.2020) medalı ilə təltif edilib.

Atası Ağahüseyn Qənbərov bir kəlmə dinmir, sözləri boğazında yumurlaşıb, səsi gözlərindən eşidilir... Ata fəryadı! Ata qüruru! Ata nisgili!

Anası Gülşən Qənbərovu isə şəhid analarının arasında sezmək, yaxınlaşdıqca seçmək olmur. Hər biri eyniləşərək bütövləşiblər, hər biri zərif çiyinlərində oğul yükü daşımağa başlayıblar; övladları şəhid olan gündən yox, xidmətə gedən gündən...

Yalnız bacısı Elvina Mirzəzadə ilə danışa bilirəm: “Hər iki qardaşım Türkiyə serialı olan “Arka Sokaklar”a baxıb demişdilər ki, ya hərbçi olacağıq, ya da polis”.

İki qardaşdan biri hərbçi oldu, digəri şəhid...

Qardaşı Əli Qənbərov da xidmətdədir.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (544) 375 03 30
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?