"Səadət"

  Axtardığımız nədir?

 Sevgi? Xoşbəxtlik? Hüzur? Yoxsa, Səadət? Arzulanan arzuların önündə gedən duaların ilk sözlərini yuxarıda sadaladım. Ağız öyrənib, dil fırlanır, beynimiz bu cümlələri qurub, dilimizə ötürür. "Xoşbəxt ol"! "Sevgi dolu həyatın olsun"! Və daha nələr... Biz də kiçik bir busə ilə təşəkkür edirik. Vəssallam...

axtarırıq. 

  Səadət-altı hərfdən və üç hecadan ibarət bir söz. Sadəcə söz. Dilə yatımlıdır. Bir ömür boyu səadət arzulayıram.

Nə deyim?! Arzula. Kim arzularının önünə keçə bilər ki?! Hər şeyi pulla ala bilərsən, lakin səadəti əsla. Bunun kimi "N"qədər el məsəli var. Bunlar bir kənarda qalsın. Belə bir sualım olacaq. Bəs, Səadət necə? O bu fani dünyada öz səadətini tapa bildimi? Məncə yox. O da bizim kimi onun axtarışındadı. O da bizlərdən biridi. Bəlkə elə bizdən çox ona kəlmə daha çox gərək olacaq.

 Salam, mənim adım Səadət. Adıma deyilən dualar çoxdur. Amma ona qovuşanlar barmaqla sayılacaq qədər azdır. Adlar insan taleyinə təsirsiz ötüşmür. Kimisi o adın haqqını verir, kimisi isə ona verilən adın haqqın almağa çalışır. Kimisi yaşayıb, öyrənər... Kimisi isə öyrənər sonra yaşayar. Səadətdə digərləri kimidi ilklərdən deyil. Üzülmədən qapını döyməz. Göz yaşı kimi dənə-dənə, bircə-bircə ovucmuzun içərisinə düşər. Barmaqlarımızı ovcumuza doğru sıxdıqca əlimizdən sürüşüb, axar gedər. Onu bütün ruhumuzla hiss etməyi sevər. Əzizlənər, ona nəğmələr bəstələnər, bu qayğıdan oda xoşhallanar.

Həyatda belədir. Əlimizə düşən fürsətləri vaxtında və məkanında dəyərləndirmək gərək. Yoxsa, barmaqlarımız arasından axar, gedər. Bir də ki, çalışaq,  Səadəti incitməyək, küsdürməyək. Gedən heç kim və heç nə geri qayıtmır.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?