Rüzgar ətirli qadın

 

  Dan yeri təzəcə ağarmağa başlayırdı. O, hələ də əlində bir fincan qəhvə ilə pəncərə önündə əyləşib zülmət qaranlığın aydınlığa çevrilməsinin şahidi olurdu. Düşüncələr onun zehnini bir anda olsun belə  tək buraxmırdı. Gecə kimi qapqara olan göz bəbəkləri dar cığırlara işıq salarmış kimi parlayar, arada köks ötürüb qəhvəsindən qurtumlayıb yenidən uzaqlara dalardı. Sanki qazandıqlarını və itirdiklərini tərəzinin gözünə qoymuş kimi diqqətlə baxardı. Nə çəki daşı ona yardım etmiş olardı, nə də ki, düşüncələri onu rahat buraxmış olardı. Arada əsən meh sarı saçlarını ətrafa dağıdıb, üz gözünə tökülərdi. Düşüncələri onu sərxoş etmişdi. Nə etsə belə o özünü düşüncələrinin ağuşundan qurtara bilməzdi. Tək istəyi son dəfədə olsa, geri qayıtmaq, söyləyə bilmədiyi sözləri söyləmək idi. Amma nə fayda?! 

  Həyat bizlərə elə gözəl dərs verir ki, nə yarım qalmış yolları sonlandırmağa zaman verir, nə də ki, gec qalınmış sözləri söyləməyə imkan verir. Bizləri hər zaman sınayar, incidər. Bəlkə də bunların heç biri olmasa idi bizlər nə zamanın sərt üzünü görə bilərdik, nə də ki, onun bizə qarşı olan ədalətsizliyinin şahidi ola bilərdik. Deyirlər; "Zaman hər bir dərdin dərmanıdı". Elə ən böyük  təsəllimiz isə bu cümlədən başlayır. Zaman heç bir acıya təsəlli ola bilməz. Bizlər o ağrı-acı ilə yaşamağa məhkum olmağa öyrənirik. Ağrı keçsə belə boşluğu hər zaman hiss edirik.Eyni ilə onun düşüncəsi kimi...

Soyuq və yalnız... Tək tənha pəncərə önündə əyləşən sarı saçlı qadın kimi... 

 Düşüncələr artıq onun bütün vücudunu əsir almış, simasına bir xətt belə əlavə etməyi bacarmışdı. Qadın otağında olan aynasının üzünü bağlamışdı. Ayna ona artıq yad idi. Ya da ki, aynadan ona boylanan qadını belə tanımaqda çətinlik çəkirdi. Bilirdiki, ona bu dünyada kaşkilərdən başqa heçnə qalmayıb. Nə sevinci, nə sevgisi, nə həyatı, nə də ki, gəncliyi. Bir kaşkilər bir də həyatı kimi darmadağın olmuş sarı saçları. Külək onun saçlarını dağıtdıqca, ehmalca çöhrəsinə tökülən saçlarını zərif əlləri ilə toplamağa başlayır. Səhəri onunla bərabər açdım. O, başqa mənzildə mən başqa mənzildə. O rüzgarla  yaxın keçmişə səyahət etdi. Mənsə ona bələdçi oldum. Rüzgar ətirli qadın, hər gecə olduğu kimi bu gecədə qonağın oldum.

Səssiz səmirsiz...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?