Biz qayıtmışıq! İşğalında uşaq olduğum Kəlbəcər, azad ediləndə böyüdüm…

  Yamacı yaşıl, zirvəsi qarlı, səhəri şehli Zəngilandan sizlərə  salam olsun. Toxum düşən torpağı min bir bərəkət verən, günəşə baş qaldıran  qoca çinarlar məskənindən sizləri müjdə ilə salamlayıram. Susuz qalmış torpağım,  toz tutmuş yollarım, qurumuş bulaqlarım oyanın! Övladlarım gəlib. Onları qarşılayın! Uzun yoldan gələn ərənlərim susayıb. Qayna bulaqlar! Meyvə ağacları  bar verdiyiniz budaqların başını aşağı endirin. İgidlərim mübarək qədəmləri ilə vətənə qayıdıblar. Qorxma torpaq, bu səs mutluluğun səsidir. Mən 29 ildir  bu səsi duymaq istəyirəm. Eşidirsən?! 

Necə gözəl oxuyurlar.

Yastığımız Vətən daşı,
Yorğanımız qar olsun.
Biz bu yoldan dönər olsaq,
Namus bizə ar olsun!
Nə gözəldir ölmək bizə
Sevimli Vətən üçün,
Yanar ürək yurd eşqilə
Daima için-için.
Marş irəli! Marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, dönməz geri Azərbaycan əsgəri!

Qəlbə necə həzin yayılır. Ruhum dincəlir.

Məmləkətimin dörd bir tərəfinə bahar gəlib. Bulaqlarım qaynayır, quşlarım cəh-cəh vurur, sünbüllər zəmilərdən baş qaldırıb. İndi yerdə, göydə sevən qəlblər kimi çiçək açıb. Ətri dörd bir yana yayılıb. Gəlin, bizlər Qubadlı, Laçın, Şuşa, Füzuli sizlərlə birgə sevinir. Dağılmış, viran qoyulmuş yurduma nəfəs gəlib.Onlar artıq rahat nəfəs alırlar. Küçələrimin hər bir tinində körpələrim oynayacaq. Ərik ağacı, gilas ağacı lap elə qocanın son olaraq, əkdiyi qızılgül qələmi qönçələməyə başladı. Həm də ilin bu fəslində. Sevincək olduq. Hər kəs kimi. İndi hər kəs Suqovuşana doğru yol alıb. Bir-birinə qovuşmaq üçün. Cıdır düzündə yallı getmək üçün. Ağoğlana tələsirik, yaşıllığa vurğun qalmaq üçün. Cəbrayılda dincəlmək üçün.

Mən Zəngilanam. Uca çinarlar oylağından salamlaram. Başını çiynimə qoy. Həyata dair nə varsa, birgə addım ataq. Süfrəyə birgə əyləşək. Ayranlı aşından içək, çörəyindən kəsək. Nəvələrə kölgələr ətrafında nağıllar söyləyək. 

Kəlbəcər məni eşidirsənmi? Azadıq! Övladlarımızla birgəyik. Mübarək qədəmləri ilə sanki min illik tozu sildilər...

 Mənim onda 4 yaşım vardı. Yaşananlar olub - keçənlər deyildi, hamısı oldu və heç nə keçmədi. Bütün yaşadıqlarım hafizəmin ən alt qatına həkk oldu. Həmin gecə bu gün məni ağladan hadisələrə gülürmüşəm. O gündən 2 il sonra məni hər gün öldürəcək olanlara o gecə qəhqəhə çəkirmişəm. O gecə çox arsız uşaq olmuşammış. Tövlədə nə vardısa – cücədən inəyə kimi – hamısı, əsirdi, mənsə onların əsməcəsinə də gülürdüm. Onlar belə bilirdi təhlükəni, mənsə Kəlbəcərin getdiyini görmürdüm, dərk etmirdim. Məni görməsinlər deyə anamın gizlətdiyi tövlədə sillələmişəm cücələri, samanla gözlərini eşmişəm quzuların. Beləcə, səs – küyün vahiməsi məni yuxuya vermişdi. Səhəri gün isə dağılmış evimizin qırmızı kərpici, lüləsi əyilmiş avtomatın darağı, həyətboyu səpələnmiş ev əşyaları ilə oynayırmışam. Xəbərsiz olduğum hər saniyə Kəlbəcərsizləşirmişəm… 

Bu gün 2021 – ci ilin noyabrıdır. Hə, 1993 – cü ilin aprelindən artıq 28 il keçir. İşğalında uşaq olduğum Kəlbəcər, azad ediləndə böyüdüm. Düzdür, nə Zarı, nə Tərtərçayını, nə Vəngi xatırlayıram, lakin görüb xatırlamadığım hər nə varsa, hamısını sanki yenidən görürəm. Onlar qollarımdan düşən uşaqlığımdır, ayaqlarımda yadlaşan yeniyetməliyimdir, ürəyimdən vuran gəncliyimdir. Ermənilər nə qədər talan etsələr də, o uşaqlığımı yenə görürəm, Camışdağ ətəyindəki hər addımım mənə yenə 4 yaşlı uşağın martındakı bayramını xatırladır. O gecə topuğumdan bir qarış aşağı quşağımı tonqalın üstündən keçmək istəyəndə yandırmışdım. Ağrıyırdı. Yenə eyni cür ağrıyıram. Ağrılarım da Kəlbəcərsiz olanda başqalaşırmış… 

 İndi bir az uşağam, bir az da böyük qız. Bir ayağım 4 yaşda çıxarıldığım Kəlbəcərdədir, o biri ayağımsa yenidən abadlaşdırılacaq Kəlbəcərdə. Sakini olduğum rayona indi həm yeni kimiyəm, həm də onun kəndçisi kimi. Qəribəyəm. İndi 483 şəhid ruhundan utanaraq addımlayıram Kəlbəcərdə… 


 Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?