Zəngilan şəhərinin işğaldan azad edilməsindən bir il ötür

Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsinin birinci ildönümüdür.

“Poliqon”un məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 24-cü günü, oktyabrın 20-də Zəngilan şəhəri erməni işğalından azad edilib.

Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan edib.

Vətən müharibəsində Zəngilan döyüşləri, Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının Komandanlığı altında aparılıb və qısa müddət ərzində Zəngilan şəhəri işğaldan azad edilib. Zəngilan döyüşləri bilavasitə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyevin komandanlığı altında aparılıb. Silahlı Qüvvələrin qoşun birləşmələri ilə birgə aparılan uğrlu döyüş əməliyyatları nəticəsində aşağıda göstərildiyi kimi, ümumilikdə Zəngilan rayonunun 1 şəhəri, 4 qəsəbəsi, 8 yüksəklik və 52 kəndi işğaldan azad edilib:

21 oktyabrda Zəngilan rayonun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri; 22 oktyabrda Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi; 23 oktyabrda Vənədli və Mirzəhəsənli kəndləri; 25-26 oktyabrda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri; 28 oktyabrda Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri; 30 oktyabrda Aladin, Vejnəli kəndləri; 2 noyabrda Dərə Gilətağ, Böyük Gilətağ kəndləri; 4 noyabrda Məşədiismayıllı, Şəfibəyli kəndləri; 7 noyabrda isə Beşdəli kəndi işğaldan azad edilib.

Hələ, 27 sentyabr 2020-ci il tarixindən, döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə dağıdıcı zərbələr endirilərək Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımız sancılıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəklikləri azad edilib.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi döyüş fəndi kimi tətbiqi, Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar istifadəsi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksləri, raket sistemləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

DSX bölmələri tərəfindən düşmənə endirilən sarsıdıcı zərbələr, o cümlədən çoxsaylı silah-sursatının qənimət kimi götürülməsi, noyabr ayının 1-də Bartaz və Şükürataz yüksəklikləri uğrunda gedən döyüşlərdə şəxsi heyətimizə hücum edən düşmənin SU-25 qırıcı təyyarəsinin qəhrəman çevikçilərimiz tərəfindən atıcı silahlarla məhv ediməsi və bu kimi digər hərbi uğurlar Vətən Müharibəsi tarixinin önəmli hadisələrindəndir.

Zəngilanın azad olunmasının bir sıra hərbi-strateji əhəmiyyəti var idi. Birincisi, Zəngilan azad olunması 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanır və Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alınıb. İkincisi, Qubadlı mühasirəyə alınıb və qısa zamanda azad olunub. Üçüncüsü, Zəngəzur bölgəsi nəzarətə götürülür. Dördüncüsü, İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanı qazanılıb, bu yol Ermənistanın işğala davam etməsi üçün əhəmiyyətli idi.

Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edirlər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısını alıb. Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolu, o cümlədən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsinin nəzarətdə saxlanılması Ermənistan tərəfindən gələn hərbi və qida yüklərinin qarşısını alıb.

Zəngilanın azad olunması, onun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirilməsi üçün imkanlar yaratdı. Zəngilanda Beynəlxalq Hava Limanının təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkiləcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.

Zəngilan rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 3435 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?