Həyat davam edir, lakin sənsiz

-Salam, ana.

Necəsən? Atam necədi? 

Gözlərinə qurban balam, qanadı qırılmış quşlar necə ola bilər? Biz, sənsiz eləyik.

-Gözlərinə qurban olum ana, ağlama. Mənim yerim rahatdı. Nigaran qalma. Balan burda xoşbəxtdir. Ana, atama söylə gizlinə çəkilib, ağlamasın. Atam ağladıqca qəlbim ağrıyır. Anam, daha bəsdi. Daha sübh çağı gəlib, sinə daşımı yumruqlama.

-Göz yaşına qurbanam ana, məni soyuq daşlardan soraqlama.

Başına dönüm oğlum, söylə biçarə anan nə etsin? Qəlbinə çəkilmiş bu dağa kim  məlhəm olsun? Məgər bir ana üçün oğul yoxlunu ovundurmaq asanmı? Kim bacarıb? De, de, görüm kim bacarıb ki, sənin bu biçarən ananda bacarsın. Hələ atanı demirəm. Evinə gələn dostların atana təskinlik verir. Amma nə çarə. Ağlamaqdan gözünün nuru gedib. Bilirsənmi oğlum, hər gün sənin yatdığın yatağa uzanıb, qoxunu almağa çalışır. Lakin bacarmır. Sən qoxan o paltarlar, yastıq, forman səni əvəz etmir. Gözümün nuru, sən gedəndən çırağımız sönüb, ocağımız buz tutub. Həyat davam edir, lakin sənsiz.

-Mənim varlığım anam, ağlama. Buralar mənə doğmadı. Mən ki, uzaqda deyiləm? Hər zaman sizinləyəm. Məgər insanları bir-birinə bağlayan ruh deyilmi? Anam, atama de ki, mən hər zaman onun başını uca etmək istəmişəm. Ağlama ana. Göz yaşlarına qurban olum. Mən sizə üç əmanət verdim. Təskinlik taparsınız. Axı Vətən darda idi. Mən xoşbəxtəm anam. Məndən nigaran qalmayın. Çilənay, Altunay və Mərd sizə əmanət.

Nəfəsinə qurban balam, sənsizliyi bütün ruhumla yaşayıram. Sizlər Vətən üçün seçilmişlər idiniz. Biz   seçilmişləri yetişdirmək üçün vəzifələnmiş analar idik.

-Ana, ana, ağlama artıq vaxtdı. Qızım səni səsləyir.

Oyan. Oyan.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?