Vətən Müharibəsinin daha bir şəhidi Ruhid Uğur oğlu İslamlı

Vətən Müharibəsinin daha bir şəhidi Ruhid Uğur oğlu İslamlıdır. Gənc psixoloq 1999-cu il aprelin 3-də Lerik rayonunun Çeşman kəndində anadan olub.

Ailəsi deyir ki, o, istər məktəb, istərsə də universitet illərində ictimai işlərdəki fəallığı ilə seçilib. İştirak etdiyi tədbirlərdə milli ruhlu şeirləri, çıxışları ilə yadda qalıb.

İ. Ruhid 2020-ci il oktyabrın 6-da Ağdərə-Tərtər istiqamətində (Çənlibel postunda) gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Bakı şəhər Suraxanı Rayonu, Dədə Qorqud qəsəbəsinə gətirilir və orada yerləşən qəbiristanlıqda dəfn olunub.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çeşman kəndində anadan olan əsgər Ruhid Uğur oğlu İslamlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?