"Ağlına" güc verənlər

 Salam Qasım dayı. Necəsiniz?

Salam bala. Sağ ol, sağlığın, sən necəsən?

Şükür, həmd olsun, yaxşı deyək, yaxşı olaq.

Qasım dayı, oğlun necədi? Ali məktəbə qəbul oldu?

O da yaxşıdı. Qəbul oldu.

Doğurdan? Bəs, Bikə bacı deyir ki, kəsilib.Gələn ilə qalıb.

Bikə bacı hardan bilir? Ona kim deyib?

Deməli Bikə bacı düz deyir? Kimin dediyini bilmirəm. Qasım dayı, bilirsən də, Bikə bacı nə deyirsə, düz çıxır. 

Eloğlu, düz deyil. Oğlum qəbul olub. Bazarertəsi şəhərə gedəcəklər. Qeydiyyatdan keçsinlər deyə.

Onda Bikə bacı bu dəfə çox yanıldı. Heyf!

Heyf? İndi bu nəyin heyfidi? Oğlumun qəbul olduğuna görə  yoxsa Bikə bacının yanılmasına? Ay bala səninləyəm. Sualıma cavab ver!

 Yox eee, Qasım dayı, Bikə bacının hər sözü doğru çıxardı. Bu niyə belə oldu?

 Bala, oğlum qəbul oldu. Amma ödənişinə görə tərəddüd etdik. Yəqin sənin o Bikə bacında "təsadüfən"qulağı söz çalıb. Amma anlaya bilməyib. Ona görə də başlayıb "ağlına" güc verməyə. Nəticədə göz önündədi. Tutdura bilməyib. Get Bikə bacına de ki, hər ağlına gələni ssenari yazıb, camaata sırımasın. Ayıbdır. Hə, birdə de ki, Allahu-təalanın  verdiyi nemətlərdən faydalansın. Şükür etsin! Olmayan nemətlərlə başqalarının ağlını bulandırmasın. Di salamat qal.

Yolçu yolunda gərək!

Yaxşı yol, Qasım dayı. Allah amanında.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?