İndi iynənin gözündən keçən fil kimiyəm

   Üstümə siçanlar şəşələnir, milçəklər qonurlar. Qarışqalar daşıyır məni yuvama. Mənsə, dərdlərimi çiynimdən ürəyimə. Fili qarışqa boyda edən dərdlər adamı öldürməyəndə yoxsullaşırsan, yox olursan.

Yazılacaq hökmlər, gediləcək yollar, yaşanacaq ömürlər varkən qəribsəyirsən hər kəsə. Kor qalırsan yaşamağa, yaşlanmağa. Öyrəşdiyin qolların quc açmayacağını bildiyində lal olursan içindəki şiddətə. Nə vaxtsa yeni eynək almaq həvəsinə düşəndə utanırsan öz istəyindən. Gün gözlərini yumduranda belə marağında olmadığın eynək indi diqqətini çəkir deyə daşqalaq edirsən həvəsini.

Hər şeydən keçməyə qərar verib heç nədən keçmədiyini (keçə bilmədiyini) görəndə bilirsən zəif olduğunu. Var gəl edirsən, doğrudan da keçmədiyin əslində keçə bilmədiyindimi?

İndi iynənin gözündən keçən fil kimiyəm. Ağrımayan yerim də yaradır, yarası olmayan yerim də ağrıyır. Yaşayıram.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?