Qar dənəsi

   Həyatına qar yağıb. Tozlu yolların üzəri ağappaq qarla örtülüb. Nə iz var, nə də ki, xatirələr. Kənardan  tamaşa edən insan üçün maraqlı və xoş görünən bu yollar da bir insanın yorğun xatirələrinin sükutu var. Arada əsən külək qarı sovuraraq ətrafa səpələyir. Uçuşan qar dənəsi və ona tamaşa edən biz...

Gözəl və yumşaq.  Ayaq basdıqca astadan xışıldayan əllərimizin arasına aldıqda isə əzilən dənələr. Torpaq, yağış və dəniz qoxan dənə. Neçə arzuya ruh olan və neçə tozlu yolları hamarlayan dənə. Həssas hisslər kimi məhv olan dənə. Onlar da üst-üstə yığıldıqca böyük fəlakətlərə səbəb olacaq gücə sahib olan dənələrdir. Bəzən asanlıqla keçilən yolu çətinləşdirən, yolların buz bağlamasına səbəb olan dənələr. Eynən bir ümidin sorağına çıxan sonra bu sorağın yolunda ilişib qalan ürək kimidir. Həssas və yumşaq. Xəyanətdən, etimadsız insanların etdiklərindən sonra sərtləşən heç kəsə inanmayan daşlaşan ürək kimi dənələr. Küləklə göyə sovrulan, sovrulduqca ətrafda nə var, nə yox məhv edən dənələr. Axar suları donduran, pəncərə şüşəsini buxarlandıran dənələr. Ürək kimi bəzən ağlayan bəzən də buz bağlayar. Gələn səhərə ağ libas geyindirər. Səhəri sevinclə qarşılayan uşaqlarının təbəssümündə gizlənən dənələr. Xoşbəxt olan uşaqlığı çılğın gəncliyə çevirən qar dənələri hər kəsə eyni sevinci bəxş etmir. Amma hər nə olursa, olsun bəyaz xoşbəxtlik rəmzidir. Elə ən xoş günümüzdə geyindiyimiz gəlinlik kimi...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?