Yarımçıq qalan sevginin qırıntıları...

Radioda səslənən nəğmənin hər misrasını əzbər bilən bu qızcığaz onunla birgə oxuyur. Oxuduqca gözləri uzaqlara dalar və daldıqca gözlərindən bir damla yaş yanaqlarında aşağı süzülər. O, xoşbəxt idi. Heç bir əksikliyi yox idi. Ali təhsilli, savadlı və anasının göz bəbəyi idi. Gecə kimi qapqara qıvrım saçlarını açmış, həzin rüzgara təslim etmişdi. Anası əlindən gələn hər şeyi etmişdi ki, onun uşaqlığı gözəl və mənalı keçsin. Ətrafında dostları, tanışları,doğmaları onu tək buraxmamışdılar.

Amma... Amma nədənsə səbəbini bilmədiyi bir yalnızlıq onun bütün ruhunu zəhərli sarmaşıq kimi sarmışdı. Ruhunda bir yalnızlıq yatar və onu gücsüzləşdirərdi. O bu duyğudan nə qədər uzaqlaşmağa çalışsa da, olmurdu. Ruhundakı bu ağrını unuda bilmirdi. Nəyinsə, olmamağı ona ağrı verirdi. Və hər zaman özünü tənha hiss edərdi.
O, beləcə böyüdü. O hissdə onunla birgə böyüdü. Bir an olsun onu tək qoymadı. Uşaqlıqdan onunla birgə böyüyən bu hissin nə olduğunu anlamağa çalışsada, mümkün deyildi. Bəlkə də uşaq ağlı ilə bu ağrının bu darıxmağın səbəbini tapmaq onun üçün müşkül məsələyə çevrilmişdi.

Zaman ötdü, o artıq gözəl bir gənc xanım idi. Sevib-sevilmək yaşına gəldikdə o duyğunun nə olduğunu anladı. Bu içində böyük boşluq yaratdığı ona təklik hiss etdirdiyi ata sevgisi idi. Doğrudur. O sadəcə anasının sevgisi ilə böyümüşdü. Yarımçıq qalan bir hekayənin tam mərkəzində dünyaya gəlmişdi. Ata sevgisi olmadan böyüyən övladlar kimi onunda üzü gülər lakin gözləri hər zaman uzaqlarda bir sevgi gəzər. Deyər, gülər, əylənər amma nəyinsə ağırlığını çiyinlərində hiss edər. Qəlbi hər zaman həssas olar. Ən kiçik bir inciklikdə ağlayar.

Ata sevgisi olmadan böyüyən qızlar hər an qırılacaq bir şüşəyə bənzər. Qəlbində elə böyük bir boşluq yaranar ki, onu doldurmaq çətin olar. Nə sevə bilir, nə də ki, onu sevənə inana bilir. Həyatı çətin olur. Ata sevgisi olmadan böyüyən övladlar həyatdan biraz küskün olur. Və hər zaman o sevginin yerini doldurmağa çalışır. Onlar özünü yarımçıq qalan həyatın qırıntıları hesab edirlər. Elə bizim kimi. Günəş, Əsmər, Röya və Aytac kimi... Onları bütün ruhumuzla saraq. Yaralarını sağalda bilməsək də, ruhlarına sahib çıxaq.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?