Bu mahnı səslənəndə sevinir, qulaq asdıqca da kövrəlirdi...

Hamının eyni ağızdan gülüşməyi onu pərt etmədi, əksinə, üzünü gülüşənlərə tutub ehmalca danışmağa başladı. Bu, izah etmək cəhdi deyildi, onun özünü təsdiq etmək fikri yoxuydu çünki. Nə idimi, bəs? Danışmaq istəyi. Onlardan başqa hər şeyə; yollara, maşın təkərlərinə, xarab olmuş telefona, qırmızı maşınlara, bürkülü havaya, sallofandan asılı qalmış soğanlara, pas atmış konserv qabında yığılmış köhnə qəpiklərə... İnsanlardan başqa hər şeyə. Niyəsini soruşmaq üçün isə 84 il ömrü doldurmaq lazımdır...

Ürəyinin atışını ağzında hiss edə-edə: "Siz gülürsünüz. Ancaq o bu mahnını sevə-sevə dinləyirdi, hər dinləyişində qabar kəsmiş sol əlinə sağ əlini vuraraq başını yelləyirdi. Həvəslə dinləyirdi bu mahnını. Səslənəndə sevinir, qulaq asdıqca da kövrəlirdi. Qəribə duyğuda idi əks etdirdikləri. Elə bil bu mahnı bütün həyatının timsalı idi; sevgidə sevinirdi də, kövrəlirdi də.

İndi bilmirəm, yenə də sevirmi, sevinirmi, kövrəlirmi. Yenə də sol əlinə sağ əlini vuranda qabarının verdiyi ağrını hiss edirmi? Başını yelləyirmi? Orada insanın hiss edib-etmədiyini bilmirəm. Bir onu bilirəm ki, o bu mahnını sevə-sevə dinləyirdi. Bəlkə...

Bəlkə indi də dinləyir. Sevinir, kövrəlir. Belə bir dinləyişdə ancaq sevgi ola bilər. Siz isə gülürsünüz və bu mənim xoşuma gəlir. Onun sevdiyi mahnının sizdə gülüş yaratdığına mən də... Mən də sevinirəm, kövrəlirəm...

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?