Cənab BAŞ LEYTENANT, Cənnətdəki 14-cü ad günün mübarək

  Cənab, bəzən bir dünyanı, bir materiki, bir ölkəni, bir şəhəri və bir kəsi ona görə sevirsən, ona görə aşiq olursan. Bəzən bir baxışı, bir sözü min-milyon hədiyyədən daha qiymətli olur. Fəqət və lakin... bu da doğrudur ki, günlərin hamısı heç də biri-birinə bənzəmir: günəşli günlər olduğu kimi, küləklisi də var; yağışlı günlər varsa, qarlı-çovğunlu günlər də var. Bu gerçəklikdir, asan deyil uğurunda hər şeyimizi qurban verdiyimiz insanı öz əllərinlə qara torpağa dəfn etmək. Onunla bütün arzuların, xəyalların istəlklərin, uşaqlığın, gələcəyin, bir sözlə, bütün dünyan dəfn edilir.

Bu yazını yazdığım gündən 19 gün öncə hamının ürəyinə çəkilib susduğu və dərin bir köks ötürərək insan içinin dar keçidlərindən astaca keçdiyi sənin ayaq basdığın kəndinə, hər bucağında nəfəsin asılmış evinə getmişdim. Elə bir acı darıxmaq məni bürümüşdü ki, susmaq ağrısı ilə qovurulmaqdan başqa əlimdən heç nə gəlmirdi. Kaş elə o da gəlməzdi. O an sadəcə ruhumu içimdən bayıra ataraq əcəlin yaxasından tutub, - “sənin işin yaxşıları vaxtsız aparmaqdan başqa nədir?” – deyə soruşmaq idi. 


Düzü, mən belə sənin üçün darıxmışam: üzünü görmədiyim, səsini eşitmədiyim adam. Ən azı səni vaxtından tez ağuşuna alan qara torpaq qədər darıxmışam. Səni görmək, səsini eşitmək, gözlərindən asılmış gülüşlərinin, sevginin ətrini hiss etmək, bir çox şeyi sənə həvəslə danışmaq üçün darıxmışam. Yaxşı anlayıram doğmalarının acılarını: insan alışdığı birini itirdikdən sonra hər kəsini itirmiş kimi hiss edir özünü. Cənab, fani dünyada bizim qismətimizdə isə biri-birimizi tanımadan sevmək var imiş, qovuşmaq deyil.

Müqəddəs adam, sənin yoxluğunun gətirdiyi adsız küləyin yanımdakı adamın otağını nə qədər soyuq etdiyini hər gün görürəm. Yanımdakı üçün sənin yoxluğun bir yana, bir də onun bu yoxluğu hər gün içində yaşaması və üstəlik də atasızlığı heç kimə, heç mənə də izah edə bilməməyin çarəsizliyi... bunun hər gün şahidi oluram. Başa düşürəm, o dərd kiməsə deyilməz, görmək istəyən görə bilir. Ora elə bir boşluq, elə bir yerdir ki, hər kəs öz balaca dünyasına çəkilib gizlənə bilir. Ora elə yerdir ki, orda ümidə yer yoxdur, və arzular orda boynunu bükür, orda yetim qalır fidanlar. Və orda uşaq oyuncaqları yuxuya gedir. Orda günəş batır və bir də doğmur.

Sənin vaxtsız gedişin mənə bir məsələni daha da gözəl anlatdı: “Ağac belə torpağa acı çəkdirərək böyüyərmiş!” Gedişin necə ağır olubsa, həyat dayanıb sanki, yoxsa bu qədər darıxmaqlar hardan olardı. İllər çox şeyi unutdurur adama, QƏBİRLƏRİ belə! Amma sənin yoxluğun elə bir xatirədir ki, kim ki, səndən danışır, elə bil hər şey dünən olmuş kimi – bitib-tükənməyən cümlələr, yarımçıq xatirələr, tamamlanmamış və içi yaşam eşqi ilə dolu olan hekayələr...

Cənab BAŞ LEYTENANT, Cənnətdəki 14-cü ad günün mübarək. Görüşəcəyik...

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?