Bağışlamayacağını bildiyimdən ölmədim...

  Fikirlər beynini qarışdıranda qaşınırdı başı. Ve məcbur qıdıqlanıb gülürdü həyatdakılara...

Bircə ümid sağ olsaydı gələcəyinə axsaq qalmazdı; ayağı yerə, ürəyi arzusuna çatardı. Çatardı ona, çatardı bütün çatmaq istədiklərinə. İndi o həm sevinci idi onun, həm də dərdi. Bütün məhfumları necə sığdıra bilərsə insan, o, daha artığı idi. Adını yaza bildiyi gündən iki qorxusundan ən ucası idi o. O uca qorxu əydi əydi onu kölgəsinə. Nələr idi, bilmədi, ancaq yəllədikcə, yellədi, əsdikcə, əsdi... Soyuq tərini onunla bağlı qəfil xatirələri dondururdu bədənində. Əsməcə tutan vücudunu bir içim su silkələyirdi. Tək tərpənməyən gözləri və hələ də ona elə gəlir ki, ürəyi idi.

Beləcə, 84 il yaşadı, yaşlandı. Ancaq dəyişmədi əzabı, dəyişmədi onun hiss ətdirdikləri. Yenə yediyi ilk qarpız dilimində dilucu onun qarpızı sonuncu dəfə nə vaxt yediyini çər-çevik edirdi. Doyunca yemişdimi? Az-çox yox, heç olmasa axıra kimi rahat yemişdimi? Ya bir siqnala bənd imiş ki, gələn kimi hər şeyi unudub işinə qaçsın?

Doğru imiş, çox işləyən insan ömrü boyu özünə vaxt ayırmağa macal tapmaz, tapa bilməz.

İki qorxusundan birini yaşamışdı. Qorxusunu yaşayanlar isə həyatını yaşamazlar daha. Yaşadıqları başqaları olur; yadlarından ta doğmalarına kimi...

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?