Ayna

  Bugün yeni bir günə başlamaq üçün yuxudan oyandım. Aynanın qarşısına keçib, dağılmış saçlarımı yığmağa başlayıram. Öz əksimi görürəm. Sol yanağımda yastığın izi hələ də getməmişdi. Saçlar dağınıq, gözlər biraz çəkik idi. Uzun-uzadı aynaya baxdım. 

  Əslində...

 Aynadan boylanan surətimə baxıram. Zaman nə tez keçir, deyə danışıram. Yeddi yaşımda formamı geyinmiş, saçlarını sünbül hörən və sağa-sola fırlanan o qızcığaz gözümün önündə canlanır. Daha dünən səsi batana kimi ağlamış olmağına baxmayaraq, bugün saçlarına tumar çəkən qayğısız, üzündə təbəssüm olan yaşıdlarıla deyib-gülən o qızcığaz. Evdən çıxarkən, dönüb anasının yanağını öpən, ana mən səni dünyalar qədər sevirəm , söyləyib, sonra isə məktəbə tələsən o qızcığaz.

O mənəm. Bəli. O baxış, o duruş, o sima. Tək dəyişilən  gözlərdən oxunan kədərdir. O uşaq məndən daha cəsarətli və möhkəm idi. Həm də kədəri gözlərində gizləməyi yaxşı bacaran biri idi. Mənsə, o kədəri ani bir anda gözdən axıdan biriyəm. O qızcığaz həyatda olan bütün kədəri çantasına yığıb, məktəbdən qayıdarkən dənizə atan biri idi. Mən, dənizlə danışmağa başlayarkən  susan və hökürə-hönkürə ağlayan biri. Yenə hara getdi. Yenə öz əksim canlandı. Deyəsən yavaş-yavaş yaşlanıram. İnsan ürəyini harda qoyursa, ruhu ora qanad çalır. Deyəsən ürəyimdə, ümidim də o uşaqda qalıb. Yoxsa ruhum bu qədər yolu qət etməzdi. 

 Ürək demişkən... Ürəyim yaman sıxıldı. Durum pəncərini açım,  otaq havalansın. Necə gözəl havadı. Ərik ağacları çiçəklənib. Ətraf rəngbərəng, canlı idi. Budur, küçədə qayğısız uşaqlar qayğıkeş analarının əllərindən bərk-bərk tutub, gəzişirlər. Arada özümü görürəm. Yarı ağ, yarı qara... Mən öz uşaqlığımın əlindən tutub, qara fona addım atıram. O isə məni ağa tərəf çəkir. Yenə mən və bir də otağın küncündə qalmış o ayna. Bəzən onu sındırmaq istəyirəm. Amma son anda əl saxlayıram. Düşünürəm. Bəs məni o uşağa kim aparacaq:- deyib, dizlərimi sinəmə sıxıb, ağlamağa başlayıram.

Yenə gəldi...

Salam. Mən, Röya. Ağlama. Dur, bax ətrafa. Sən tək deyilsən. Mən səndə bütöv oluram. Mən sənin içində olan arzuyam. Səni gözələyirəm. Yuxumu? Gerçəkmi? Anlamaq çətindir. Tək bildiyim ruhumun pərvaz etdiyi o yerlərdə nə isə itirməyimdir.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?