Ermənilər atəşə tutur, iki dostdan biri sağ qalır

  1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə. Ermənilər adəti üzrə Abdal-Gülablı kəndinə hücum edirlər. Kəndin köməyə ehtiyacı vardı. Bunu bilən Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar... Fazil bu döyüşdə faciəli şəkildə həlak olur, Saleh isə yaralanır.

Həmin gün sağ qalan Saleh Qarayevlə ölümündən sonra Milli Qəhrəman adı verilmiş Fazil Mehdiyev haqqında danışdıq.


O, 1966-cı il avqustun 20-də Laçının Ələkçi kəndində anadan olub. Körpə ikən ailəsi Ağdamın Abdal-Gülablı kəndinə köçüb.

“Düşmənin arxadan vurulan zərbəsi ilə həyatına son qoyuldu”

Uşaqlıq dostu, sinif yoldaşı, həmkəndlisi Saleh Qarayev həmin gecəni belə xatırlayır:

“1990-cı il sentyabrın 23-dən 24-ə keçən gecə idi. Mərhum komandirimiz Faiq Baxşəliyev döyüş postlarını yoxlayandan sonra bizə Abdal-Gülablıya getməyi tapşırdı. Mən, Fazil və Nəsirov Teymur idik. Şirxan və Fazillə maşında oturduq ki, postları yoxlayaq. Ağdamdan çıxanda Qarqar çayı deyilən yerdə - körpünün girişində bizim postumuz vardı. Fazil təkidlə Şirxanı maşından düşürtdü ki, biz əvvəlcə Abdal-Gülablıya gedəcəyik, sən gözlə, başqa maşınla gedərsən. Fazillə Muğanlar kəndini, “Qozlu bağ” deyilən ərazini keçdik. Maşını rəhmətlik Fazil idarə edirdi, Martuni (Qaraqoyunlu) istiqamətində gedəndə ermənilər qəfildən maşını atəşə tutdular. Əvvəl nə olduğunu başa düşmədim. Sonra gördüm ki, ayağımdan yaralanmışam. Sən demə, Fazil də yaralanıbmış. Fazilin yaralandığını bilmədiyimə görə, maşından düşəndə ondan tapança istədim. Fazil tapançanı mənə uzatdı, mən hələ də o tərəfə baxmırdım. Bilmirdim ki, yaralanıb. Tapançalar kəmərə bağlı olur, gecə vaxtı onu çıxartmaq çətin olduğuna görə, Fazilə kəməri kəsməyini dedim. Cavab gəlmədi. Onda gördüm ki, Fazil yaralıdır. Güllə ciyərini dağıtmışdı”.

Yaralansa da, huşu özündə olan Saleh Qarayev yaxınlıqdakı evin damına bir neçə güllə vuraraq köməyə adam axtarır. Həmin ailənin və polis alayının yardımı ilə xəstəxanaya çatdırılır. Fazil isə artıq şəhid olmuşdu.

F. Mehdiyev 1983-cü ildə məktəbi orada bitirib. 1984-86-cı illərdə hərbi xidmətdə olub. Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıdıb. Sürücülük peşəsinə yiyələnir, lakin 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. O, 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak edir. Qaradağlı kəndində ayağından ağır yaralansa da, bunu ailəsinə bildirmir. Tam sağalmamış cəbhəyə qayıdır.

Subay idi. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il oktyabrın 8-də 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə adına küçə var.

Bakı şəhərinin mərkəzində, Xətai prospekti 136 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin şərəfinə küçə mərkəzində onun büstü qoyulub.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?