Dibçəkdəki arzu

 

   

   Hər kəs gözəllik aşiqidir. Bizdən tutmuş sizə kimi. Gördüyümüz hər gözəlliyə könül verib, sevirik. Ona xələl gəlməsin deyə əlimizdən gələn hər şeyi edərik. Gözəl bir gül alarıq. Qulluq edirik, vaxtı-vaxtında sulayarıq, solmuş yarpaqları bir-bir səbr ilə təmizləyərik. Torpaqda yetişən yabani otları təmizləyirik. Təmizləyir ki, bitkinin kökünə zərər verməsin. Gülün gözəlliyi itməsin. 

 Bəs özümüzü necə? Yabani otlardan təmizləyə bilirik mi? Ot dediyim bildiyimiz otlardan deyil. Düşüncəmizi əsir almış pis fikirlər və kənar qınaqlardı. Bəs onlar necə gözəlliyimizə, ruhumuza zərər vurmur? 

Düşünməyə başlayaq. Dərindən. Lap dərindən. Gözəl gördüyümüz ən xırda zərrənin belə qiymətini bilirik də, qəlbimizin gözəlliyini görə bilmirik. Məyus oluruq, incik düşürük, özümüzdən tez ruhumuz qocalır. Gözlərimiz əvvəlki kimi görməməyə başlayır. Yarı boz, yarı parlaq. Qəlbimizə düşən bu qara toxumlar cücərməyə başlar. Və bizim bütün vücudumuzu əsir alar. Bir zamanlar sinəmizdə həyat eşqilə vuran ürəyin artıq döyüntü səsi belə zəif eşidilir. Eynilə gözlərimizdə yaranan zəiflik kimi... Vaxtında  müalicə olunmasan o bozaracaq və getdikcə qaranlığa dönəcək. Gəlin, bizi məhvə aparan o mötəbər qınaqlardan, fikirlərdən və düşüncələrdən uzaq olaq. İlk olaraq, daxilimizdə olan bu sarmaşıq kolunun kökünü qurudaq. Qəlbimiz fərəhlənsin, gözümüzə nur gəlsin. Sevərək baxdığımız o dibçəkdəki bitki kimi arzularımızı çin edək. Axı unutmayaq  daxilimizdə gizlənən hər bir arzu baxdığımız o bitki kimi dibçəkdədi. Unutmayaq ki, hələ o dibçəkdə nə qədər ümid və arzu var. Dibçəkdəki arzulara sahib çıxaq. Yoxsa vaxtından əvvəl solmağa məhkum olacaqlar.

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?