Həyatımızdakı ilklər

Səslər...

Uzaqlaşan səslər. Doğma olarkən  yad olan səslər. Və yaxud da  yad olarkən, doğmalaşan səslər. İnsanları bir-birinə bağlayan təkcə sevgi və qan bağları deyil. Səslər də var. Və onları unutmayaq. Tanımadığın və haqqında heç bir təsəvvürün belə olmadığın birinin səsi. Bir addım arxada yaxud bir dəstəyin ardından gələn o səslər. Səni səndən alan. Qanadlarına güc verən, səni azad edən səslər. 

Çağa üçün ananın ilk səsi, şagird üçün ilk müəllim kəlməsi, ilk görüş üçün qəlbə dolan ilk sözlər. Hər kəsdən və hər şeydən önəmli olan ilklər. Bəzən kənardan sənə soyuq və sərt görünən dənizin belə ilk sahilə vurduğu ləpirlərin səsi səni ağuşuna alar, uzaq lap uzaq sahillərə qonaq aparar. Görmədiyin bilmədiyin bir kimsə üçün burnunun ucu göynəyər. O zaman sənə təsəlli olan elə ilk eşitdiyin səslər olar. 

Titrək, ürkək, qəzəbli və şad-xürrəm səsləri hər zaman duyuruq. Bircə o səslərdən başqa. Xəyallarımızdan üfüqlərə cığır açarıq. İlk duyduğumuz səslər isə açılan cığıra yansıyan işıqlar olur. O səsləri qoruyaq və sahiblənək. Doğmalarımızı  qoruduğumuz kimi.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?