Yaxşı adamlar

Deyirlər, ölənlər dirilmir daha
Duyulmur nəfəsi, gəlmir səmiri.
Ən son gedişləri çiyində olur
Torpaq qucaqlayır, örtür qəbiri.


Nədənsə tələsir yaxşı adamlar
Yerləri görünür gedəndən sonra.
Sağ ikən qədrini bilməyənləri
Qədrini bilirlər öləndən sonra.


Hər gün qıvrılırıq günah içində
Üsyana səs verir vicdanın səsi.
Öləndə yaxşısı bəzən deyirlər
Yerinə ölərdi pisin birisi


Bu necə dünyadır, necə təsəlli,
Bilmirik, bizikmi, odurmu ölü?!
O öz dünyasına köç edib gedir
Biz öz dünyamıza gəlirik geri


Başımız qarışır, günahlar artır.
Bilmir heç nə üçün yaşayır adam?!
Öləndə hər şeyi dünyada qalır
Tək bir cəmdəyini aparır tamam.


Bir ölü bədənə dəyməz deyərdim -
Bu qədər mülk yığmaq, günah aparmaq!
Dünyanın pisliyin yıxıb çiyinə
Milyon nalə ilə, min ah aparmaq.


Rizvan Fikrətoğlu 

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?