Bir qadının gündəliyində sadəcə kiçik qeydlər...

  Ürəyim elə sürətlə döyünür ki, nəfəs almaqda belə çətinlik çəkirəm. Döyüntü bütün vücudumu  əsir alıb. Bilmirəm, nədəndir. Könlümdən dəli ağlamaq keçir. Səsim batana kimi bağırmaq. Göz yaşlarım yanağımdan süzülüb, quruyub. çat vermiş qəlbimə axır. Bəlkə onda yağmura qovuşan torpaq kimi öz rahatlığını tapar. Darıxıram. Bilirsən, insan yaşadığı günlərə ötüb keçənlər üçün darıxar. Amma mən yaşamadığım günlər üçün darıxıram. Görəsən, nə vaxtsa, mən də mənəvi xoşbəxtliyimi qazana bilərəmmi? Olacaqmı? Bəzən özüm özlüyümdə o qədər götür-qoy edirəm ki, artıq ikinci mən yaranır. Bir tərəfim yaxşı olacaq, narahat olma söylədikcə, digər tərəfim isə yaxşılığa doğru heç bir addım atmır. Sən, olacaq ən pis günlərə kədərini topla, söyləyir.

 Mən nə edim? Ruhuma sahib olan bu ağrını necə sakitləşdirim? Nə sən yardım edə bildin. Nə də ki, yaxınlarım. Və təəssüf hissilə deyə bilərəm ki, elə insanı məğlubiyyətə aparan ilk onun yaxınları olur. Mənim kimi minlərlə insanlar var. Axı çarə axtarmaq üçün nə qədər öz-özlüyündə daxilini saran cəhənnəm alovuna məlhəm axtarasan? Fidanı pöhrələnməyən bir ağac kimi olmaq istəmirəm. Kölgəm yalnız başqasına hüzur verir. Bəs, mən? Mən yaşamaq uğrunda mübarizə apararkən, məğlubiyyətə düçar olmaqdan qaçıram. Anlayın məni! Başa düşün! Yardım edin! Sizin mənfi düşüncələrinizə ehtiyacım yoxdur. Sadəcə yardım edin...

Bir qadının gündəliyində sadəcə kiçik qeydlər...


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?