Üç nöqtəni birə endirməkdir gecələr...

   Gecələr səssizlik deməkdir əslində. Çünki insan izdihamından uzaqdır gecələr. Özünə qulaq verməkdir gecələr. Heç kəssiz dinlənilməkdir gecələr. Səni elə ağuşuna alar ki, çox uzaqlara dalarsan...

Uzaqlara daldığın gecələrin birində isə, yanına dirənmiş əlin yuxarı qalxar, yumruq tutmuş barmaqların açılar və dərin ovcuna onu doldurub – daşırdacaq xatirələr tökülər. Gözlərini ovcuna qısılan hər xatirəyə zillədikcə gündüzlər donmuş qanın indi qaynamağa başlayar, səliqəylə daranmış saçların pırpızlaşar və nəfəsini kəsən qəhər hıçqırıqlarla bayıra çıxar. Dünənə kimi qurtum – qurtum içdiyin günlər, bu gecə ürəyini yandırar. Elə yandırar ki; yanğısı sonsuz qədər.

Dəqiqələrlə qırpa bilmədiyin gözlərin qapaqlarından sallanar yol çəkdiyi həsrətə sarı. Beləcə, o yolda əl qaldırıb saxladacağın avtobusu gözləyərsən. Kimsəsiz, səssiz və inamla. Gəlməyəcək deməzsən, sadəcə niyə gec gəlir deyə şikayətlənərsən, vəssalam. Ancaq gələcəyinə əminsən, gecə kimi əmin! Gecəni dolduran özün qədər əmin!

Gecələr... O, həm də həsrətə varmaq deməkdir. Hər gecədə kim bilir neçə hicran qoxusu var, neçə qüssə ətri var. Bu qoxunu dadan ayın yumurlaq vücudu həsrətindən utanar, qızarmış yanağı sübh çağına bədirlənə bilməz daha. Başını köksünə əyər və adına hilal deyər bizimkilər. Ayı para edən insan həsrətini bilməyən bizimkilər deyər bunu...

Gecə zülmət deyildir. O, gecəyə bürünmüş hissləri aydınlatmaqdır, bükülü qalmış suallara nöqtə qoymaqdır əslində. Üç nöqtəni birə endirməkdir.

Sevincini artırıb, kədərini azaltmaqdır gecələr. Siseronun dediyi kimi: “Bölüşdüyün bir sevinc iki qat artar, bölüşdüyün bir kədər yarı – yarıya azalar”. Sən də bölüşəcəksən gecəylə; həm sevincini, həm də kədərini. Bəlkə xatırlamaq mizrabını toxundurar ürəyinə, simlərini titrədər. Ancaq... Ancaq gecədə yazılan bəstənin hər notu kədərinin qulağına pıçıldayar, onu bölər, iliyinə kimi işləyər, qəmini parçalar. Və beləcə, acılarına oxuduğun laylalar gündüzə qarşı onları yuxuya aparar; ta ki növbəti gecəyə kimi. Demək ki, bəzən gecələr səni deyil, acılarını mürgülədər...

Gecə növbəsini bitirir, artıq səhərə əl vermək üzrədir. Ancaq nə avtobusun gəlib, nə də ki, ay başını qaldırıb... Sənə qalansa, bu gecəyə yazdıqlarını unutmaq və sonrakı gecəyə qələminin qətranını yeniləməkdir.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?