Cücərən ümidlər

   

  Ana bax ağac harda bitib. Necə gözəldir! Gövdəsi görünmür, amma yarpaqları sağlam və yaşıldır. Yəqin qaya ağacın gövdəsini bərk saxlayır. Külək əsdikcə əyilməyə qoymur. Ana, ağac çox güclüdür.  Bəs, orda necə böyüyüb?

-Gözəl qızım, ağac çox gözəldi. Adam gözəlliyinə heyran olur. Ən əsasıda əzminə vurulursan. Ən sərt qayanı sındırıb, öz ümidlərinə yelkən açıb. Bax qızım, sən öz arzularının arxasınca bütün iradə və əzminlə addım atsan, o da bu ağac kimi hər bir çətinliyə sinə gərib, cücərər. Mənim balam, həyatda heç bir zaman yeni cücərən ümidlərini kiminsə budamağına imkan vermə. İzn ver, cücərən ümidlərin böhrələnsin. Qönçələrin çiçək açsın.Duyğularının ətri dörd bir tərəfini sarsın. Onlara duaların ilə məlhəm ol. Qızım, həyatda ən böyük arzun nədirsə, onu qorxmadan, utanmadan həyata keçir, o arzuları dünyaya tanıt. Bax, görürsən, qızım, o qaya parçası  ağacın körpə budağını böyüməyə imkan vermir. Amma ağac nə etdi, öz budağı üçün o sərt qayanı belə parçalamağa qadir oldu. Gələcəkdə önünə çıxan, sənə maneə olan o sərt qayaları bu ağac kimi səbr və əzminlə yolunun üstündən uzaqlaşdır. Heç bir zaman qorxma. Unutma ki, cücərən ümidlərin qoxusu bir başqa olur. Sən yetər ki, istə, addım at. Nə demişlər: "Yola çıxmaq istəsən, addım addım at. Necə olsa, yol sənə doğru gələcək".

Ümidlərin hər zaman yaşıl olsun, mənim balam.

Ana, görürsən, günəş onu necə isidir, yağış onu qurumaqdan qoruyur. Qaya da nə qədər onu məhv etməyə çalışsa da, o yaşamağa can atır. Eynilə sənin kimi. 

Ana, bu ağacı sənə bənzədirəm. Sən də onun kimi güclüsən.

Qızım, bu ağac budaqları və pöhrələri üçün yaşadığı kimi mən də sənin üçün yaşayıram.

Biz birlikdə böyüdük, elə deyilmi ana? 

Elədi, qızım.

Sənin arzun məni xoşbəxt görmək, mənim arzumsa o ağac kimi möhkəm və iradəli olmaq. Mən səni və arzularımı dünyalar qədər istəyirəm. Ana, sən çox gözəlsən. Yaxşı ki, mənim anamsan.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?