Çətindir

Hələ də bilmirəm xoşbəxtlik nədir?!
Bu hissi dadmamış bilmək çətindir.
Sən demə, hər gülən xoşbəxt sayılmır,
Həyatda xoş ömür sürmək çətindir.

Şikəsti, yetimi vurmağa nə var.
Min oyun, min hiylə qurmağa nə var.
Yalandan qəsdində durmağa nə var.
İnsantək yaşayıb, ölmək çətindir.


Yaş ötür, zəmanə öz işin görür.
Mümkünmü bəlasız yaşasın ömür?
Kimisi ağlayır, kimisi gülür
Ağlamaq asandı, gülmək çətindir.


İz belə qalmayıb keçən ömürdən.
Səs-səda gəlməyir ötən ömürdən.
Mənasız xərclənən , itən ömürdən
Bir daha geriyə dönmək çətindir.


Çoxlu əsərlər yazılıb adına,
Bir dəfə düşdünsə eşqin oduna,
Uydunsa sevgiyə, hansı qadına
Alışmaq asandı, sönmək çətindir.


Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?