Uzaqlarda gizlənən uşaq

Uzaq ellərdə gülüşü dünyaya sığmayan, ümidləri qaranlıq gecəyə işıq saçan bir uşaq vardı. O, biraz küskün, biraz incinmiş və biraz da ümidli idi. Gözlərinə baxmaq nə mümkün. Sanırsan ki, günəş şüalarına baxmış kimi gözlərin yaşarır. Amma belə deyil. Ən çətin yola addım atmış, bir əlində keçmişi, digər əlində gələcəyi var. Soyuq barmaq ucları ovcuna doğru yığılır. Çünki ümidləri hələ isti ovcunun içindədir. Bütün hüzünləri saçlarına yansımış. Ya da yansımamış. Bütün ağrıları kiçik çiyninə alıb, zamandan əvvəl yaşlanıb, amma arzularından biran caymayıb. Sənin, mənim keçə bilmədiyimiz zamanın sınağından çıxmış. O isə buna çıxmaq deməzdi. Onun elə böyük ürəyi varki. Bu ürək sayəsində gizli bir ümidin ətəyindən bərk-bərk tutaraq, böyüyür. Günbəgün, anbaan, sənin, mənim, bizim hiss edə bilməyəcəyimiz bir şəkildə.

  Əllərimə baxıram, uşaqlıq qoxur. Sevirəm bu qoxunu. Zamana qalıb gəlmiş, amma yaşlanmış bir uşaq. Sənə baxanda o uşağı görürəm. Sən də küskün olduğun bir dünyada hər şeyə rəğmən böyüdün. Zamanın kandarında qaldığı o uşaqlığın üçün darıxırsan. Ümidini hüznə borc vermə. Yoxsa o uşaqda qaçar, uşaqlıqda. Onu sev! Qoru! Bax uzaqlara orda gözlərində kədər, qorxu olan dənizi dalğasıyla, buludu yağışıyla sevən bir uşaq var. Onu qucaqla, ona duyğularını əmanət et. Çünki onun ürəyində olan sevgi sənin həyatına hərarət bəxş edər.  Ən çətin anlarda belə o ümid sənə yelkən olar. Uzaqlardan boylanan uşağın səsinə səs ver. Sev, qoru, qucaqla. İndiki zamanın yaşlı uşağı. Heç kəsin gedə bilmədiyi çətin yolda tək başına addım atan uşaq. Ürəyinə qurban. O ürəyin sayəsində bütün çətinliyə sinə gərdik. Hər kəsi bağrına basdın. Böyü, amma əsla uşaqlıq duyğunu itirmə. Yoxsa bizlər məhv olarıq. Uzaqlarda gizlənən uşaq, əllərində yarım qalmış arzuları ümidə çevirib, gülüşüylə ətrafı sevindirən, sevgi paylayan birisən. Böyü, sev, yaşa! Həyata rəğmən onunla savaş. Savaş ki, mən gələcəyə doğru addım atarkən, sənin əlində olan hərarəti ürəyimdə hiss edim.


Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?