Ayrıldığımız küçə

Mən ayrıldığımız küçədə bugün

Bir qədər dayanıb ayaq saxladım.

Canlandı gözümdə olub keçənlər

Bir qədər duyğumu oyaq saxladım.

Necə ayrıldıqsa həmin küçədə

Elə o zamandan heç gəlməmişəm.

Gör neçə il ötüb həmin gecədən

Sənlə olduğumtək heç gülməmişəm.

Duyardın acımı bir baxışımdan,

Ömrümə gəlməyib sənin kimisi.

Düzdür, evlnmişəm, nə yalan deyim

Vardır bir qonağım, gəlib birisi.

İndiki ağlım olsaydı məndə

O vaxtı qoymazdım, gedəsən gülüm.

Bu qədər əzablar çəkməzdik inan

Mənə nə düşüb ki  sağ ikən ölüm.

Ruhun silkələnir yəqin  sənində

Nə vaxtsa küçəyə yolun düşən də

İşə bax mən indi tənha gəlmişəm

Daha çox gələrdik məndən küsəndə.

Bilmirəm, ya xoşbəxtəm, ya da deyiləm

Biz qova bilmədik yad baxışları

Səndə mənim kimi darıxırsan əgər

Arada gələrsən küçəyə sarı.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?