Eyni ev, tək fəsil, ulduzsuz gecə...

Qaşları çatılmışdı və o çatılan qaşların cızdığı xətt o qədər dərin idi ki, orada nələrin gizləndiyini heç kim bilə bilməzdi. Hər xatirənin nişanəsi vardı sanki...

Ani qətilik yaşananlardan keçib, yaşanacaqlardan üz çevirmək demək idi, onun üçün. Elə bil yenicə oyanmışdı yuxudan. Yerin toz-tozanağından xəbərsiz səmada pərvazlanan quş kimi.

Özünü qulliversayağı aparırdı. Düşünürdü, skeptik mülahizələri ona rahatlıq vermirdi: təəccübə qarışmış hiddət, ya hiddətə bulaşmış macəra, yoxsa bütün bunlara səbəb olan istək?!

İndi isə o qərarını vermişdi. Tək bu qərarla buna qədər yazılanları müticəsinə sildi sərtuclu qələm. Beləcə, bundan sonrakı yazılacaq nələr vardısa, hamısına tək-tək xitam verdi hökmrancasına.
Bunları amiranə etsə də, qəlbini dəlib deşən, sümüyünün iliyinə kimi ona əzab verən bir sual vardı: Görəsən ədalətliydimi?

-Hə.

-Bu sual min dəfə təkrarlanacaq olarsa da cavab yenə də dəyişməz qalacaq: -Hə.

- İstənilən seçim imkanı üçün yaranan ilk fürsət, artıq başlanan boşluqdan xəbər verir. Əgər qərar varsa, demək ki, bu, seçimin məhsuluydu. Seçiminsə xammalı həmin boşluq idi. Balaca, ancaq tərəqqiyə meyilli və gələcəyi olacaq boşluq. Heç bir çıxışı olmayan dalana ilişəcək boşluq. O boşluq ki, çəkisizlik halı belə çəkilməz.

- Sən özünü zirvədə olduğun halda ən dərin quyu dibində zənn edərsən, cansız vücudunla günəşin üfüqündə əks olunarkən yağışın gur damlalarından islandığını düşünərsən. Məyərsə... Məyərsə ölmüşdü daha inamı. Yox, öldürülmüşdü o inam. Asılı qaldıqları yerdən tərpətməyin heç kəsin inamını. Kim bilir axı o inamın arxasından nələr boylanır. Bundan böyük cinayətmi var? Çünki ölmüş inam üç fəsli unutmaq demək, günəşsiz səma, ulduzsuz gecə və... Həyatı əskik yaşamaq demək! Birinin əskiki ilə artıq həyat qazanılmır...

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?