Vətən Müharibəsinin qəhrəmanı: Araz Baxşəliyev

Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimiz barədə xəbər veririk.

44 günlük döyüşlərdə şəhid olanardan biri də 27 yaşlı Araz Yavər oğlu Baxşəliyevdir.

Şəhid Araz Yavər oğlu Baxşəliyev 1993-cü il sentyabrın 18-də Horadiz qəsəbəsində anadan olub. 2000-ci ildə Mahir Səfərov adına Horadiz Şəhər 1 saylı tam orta məktəbinə gedib.
Araz təhsil aldığı illərdə bütün hərbi vətənpərvərlik yarışlarda fəal iştirakı ilə seçilib. Hərbi sahəyə olan marağı da onu gələcəyin hərbçisi kimi yetişdirib. Hər yerdə nümunəvi davranışı ilə hörmət qazanan Araz həqiqi hərbi xidməti başa vurandan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAHHXHQ) kimi Silahlı Qüvvələrin ordu sıralarına yazılır.
O, Vətən Müharibəsi başlayan kimi ön cəbhədə döyüşən hərbçilərdən biri olur. Düşmən tərəfinin ön cəbhəsinin yarılmasında fəal iştirak edir. 2020-ci il sentyabrın 28-də Aşağıseyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Şəhidin bacısı bildirib ki, qardaşı müharibənin ilk günündən öz xidməti vəzifəsini layiqincə yerinə yetirərək şəhid olub:

"Qardaşım barədə dastan yazsaq da az olar. Onun çoxlu arzuları vardi. Ən böyük arzusu isə Kəlbəcər rayonunu düşmən işğalından azad etmək idi. İşini çox sevirdi, orada olan hadisələrin heç biri haqqında evdə söz açmazdı. Olduqca vətənpərvər idi qardaşım. Çox söz danışa bilərəm onunla bağlı...".

https://youtu.be/HdrfTPheUgU

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade BAYRAMOVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?