Macəra davam edir... III hissə

Biraddımlığındaydım. Məni görər-görməz dilə gəldi:
- Hə, nə oldu? – Qohumunu soruşurdu. – Gəlirmi?
- Bölməsinə xəbər etdim. Gələcək yəqin. Nəsə iş tapşırılıb, ola bilsin ki, bu səbəbdən müəyyən qədər gecikə. Nəzərə alarsınınız bunu.
- Hə, anladım, - dərindən düşünüb davam etdi, - bir az da gözləyərəm. – Fasilə verib nəsə demək istəyirdi, - Siz... Siz harasa gedəcəksiniz bəs? – Sual dolu baxışlarını mənə zilləmişdi.
- Mə-ən? Yəni... – Düşünmək üçün müəyyən ifadə və boşluqlarla vaxt qazanmağa çalışırdım. – Yox, yox, harasa getmirəm. – Bu əsl fürsət idi. – Harasa getmirəm. Həm də istirahət vaxtımdır.
- Ay nə yaxşı, sevinmiş oldum. – Hə deyəcəyimi yəqin etmişdi. – Onda eləysə qohumum gələnə kimi söhbətləşərik. – Gözləmədən verdiyi xoşbəxtlik hissi çox şeyə dəyərdi.
- Ancaq məni gözləməli olacaqsınız bir qədər. İstirahətə çıxmağımla bağlı növbətçi gizirə məruzə edib qayıdıram. Oldumu? – Bitirər-bitirməz nəsə deyəcəyinə əngəl olmaq üçün geri çevrilib iti addımlarla uzaqlaşdım. Bu uzaqlıq ona daha da yaxın olmağım üçün qazanacağım yaxın gələcəyin əvəzsiz dəqiqələri idi ki, növbəti saatın astasında özünə yenicə yer eləyirdi.
Nədənsə çox vaxt həyatda mənə verilən imkanlarla arzularımın düz mütənasibliyini görməmişəm. Ya biri olub, ya da heç biri olmayıb. Çox vaxt da bir quru ümidə bənd olmuşam. Düzdür, yaxın yarım saat ərzində çox şeydən danışacaqdıq. Qismət olsa keçmişimdən də söz aça biləcəkdim bəlkə də. O da taleyin bir naxışı idi – mənə dəqiqələr hədiyyə etmişdi. Lakin heç nə keçmişi qaytara bilməyəcəkdi. İndiki zaman kəsiyində ancaq itirdiyim dəyərlərimi xatırlamaqdan başqa heç nə vermir, taledən borc aldığım dəqiqələr belə ömrümdən silinib gedirdi. Gələcəklə bağlı gözləntilərim isə bağlı qutudur, sürprizdir. Bu sürpriz məni təəccübləndirməkdə davam edəcək. Nə bilim, bəlkə də gələcəyimin günəşi batacaq və heç doğmayacaq da...

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?