Aslanın məyusluğu... Yaxşılıq bitməyən bərəkət kimidir

 Günlərin bir günü meşəni zil qaranlıq öz ağuşuna aldı. Göz-gözü görmürdü. Heyvanlar nə edəcəyini bilmədən yuvalarında gizlənmiş, özlərini və balalarını qorumağa çalışırdılar. Birdən meşənin ortasında qəribə səslər eşidilməyə başladı. Hər kəs bu səsi eşidir, lakin bir  kimsə səs gələn tərəfə getməyə belə cürət  etmirdi. Yalnız bir heyvandan başqa. Meşənin şahı, hevyanların qüdrətlisi, rəhmli və müdrik aslandan başqa. O, öz ailəsini yuvada qoyub, səs gələn tərəfə yol aldı. Az getdi, çox getdi, səs gələn tərəfə çatdı. Baxdı ki, qaranlıq meşənin düz mərkəzində tələyə düşmüş bir bəbir balası var.  Meşə qaranlığa qərq olduğu üçün gözləri görməyib, tələyə düşmüşdü.

Aslan bəbirdən soruşdur.

-Bəbir, sənin  ailən haradadı?

Bilmirəm. Qaranlıq düşdü, mən onları itirmişəm. Hara gedəcəyimidə bilmirəm. Mənə yardım edəcək bir kimsə yoxdur. 

Aslan başını qaşıyıb, fikrə daldı. Mənim ailəm var. Yuvamda kiçikdir. Qaranlıq nə zaman aydınlanacaq onu da bilmirəm?! Bəs indi nə edim? Çox düşündükdən sonra tələdən xilas etdiyi bəbiri ailəsi olan yuvaya gətirdi. Ailəsinin xəbəri olmadan yuvaya gətirdiyi bəbiri görən ailə üzvləri təəccüb içərisində aslana baxdı. Tanrı qonağıdır. Hələ meşə bir aydınlansın, ailəsi tapılsın, yuvasına geri dönsün. Yardım etmək ən gözəl səvabdır. Elə deyilmir?

Ailə üzvləri bəbirə yatmaq üçün yer göstərdilər. Beləliklə meşə öz əvvəl ki, işığına geri qayıdana kimi bəbir aslanın ailəsinə qonaq oldu. Yuvada olan yeməklə qidalanır, bala aslanlarla oynayırdı. Aradan üzün müddət keçdikdən sonra vəzifəsini xatırlamağa başlayan günəş öz şəfəqlərini yerə göndərməyə başladı. Hər tərəf əvvəlki zamanına geri döndü. Qaranlıqdan seçilməyən bəbir artıq böyümüş öz ailəsinə qovuşmuşdu. Aslanın sayəsində əvvəlkindən də daha güclü və daha əzəmətli görünürdü. Hər şey üçün çox sağol, söyləyib, ailəsilə birlikdə öz yuvasına geri döndü.  

Aslan qardaş bundan sonra sənin haqqını ödəyə bilməyəcəm və etdiyin yaxşılığı unutmayacağam. Nəsə çətinliyin olsa, söylə, mən hər zaman  sənin və ailənin arxasında duracağam. Hərçənd ki, sən meşənin şahısan. Mən yenə də sənə olan vəfa borcumu ödəmək istərəm. 

-Yolun açıq olsun. Və diqqətli ol. Ayaq  basdığın torpağa diqqət et.

Yaxşı. 

Onlar sağollaşıb, yollarına davam etdilər. Aradan uzun bir vaxt keçdi. Artıq aslan yaşlanıb və yorğun idi. Bir gün meşəyə səfər etmək istədi. Birdən ağlına gəldiki, bəbirə xəbər etsin. Onunla birgə meşəni gəzsin. Əvvəllər meşəni qarış-qarış gəzən aslan indi əvvəlki kimi qoçaq deyildi. Yaşadığı çətinliklər, ağrılar onun yorulmasına səbəb olurdu. Bəbir aslanın sözlərini eşidib, sevindi.

 Gəl, gəl. Başım üstə yerin var. Nə zaman istəsən gəl. Gələrkən, xəbər et, səni özüm qarşılayacam. Buralar elə gözəlləşib ki, görmək lazımdır. Sən mənə elə yaxşılıq etmisən ki, çalışsam da ödəyə bilmərəm.

Aslan sevindi ki, bəbir onu unutmayıb. 

Aradan xeyli vaxt keçdi. Aslan bəbirin evinə getmək üçün yola düşdü. Az getdi, çox getdi, bəbirin evinin kənarına çatdı. O balaca bəbir artıq öz ailəsilə birgə yaşayırdı. Bəbir aslanı görüb, dedi:

Aslan, sən lap əldən düşmüşənki. Gərək sənə yuva tapım, bizim ailə bir yuvada yaşayır. Sən də gəlmisən, balalar narahat olmasın. Vay, vay bəs mən indi səni hara aparım? Gərək öncədən dəqiq deyərdin nəsə edərdim. Yeməkdə ancaq bizə çatacaq. Hələ ovladıqlarımı demirəm. Qalacaqmı? Doyacaqsanmı? Mən nə edim?

Bəbirin hərəkətlərinə şahid olan aslan məyus oldu. Özünü toparlayıb, söylədi. Mən sənə və ailənə yük olmaq istəmirəm. Heç sənin yuvanda da qalmaqda istəmirəm.

Bəbir aslanın üz cizgilərinin dəyişdiyini görərək, söylədi.

Aslan məndən incimə. Bacardığım qədər sənə yardım etmək istədim. Məni də başa düş.

-Mən səni çox gözəl başa düşürəm. Məyusluğum özümədi. Dağların zirvəsi hər zaman qarla örtülü olur. Amma güvəndiyin dağların zirvəsində qar görmək bax, bu ağrıdıcı hissdir. Sən ailənlə qal. Mən gedirəm.

Aslan sən canı məndən incimə.  Mən sənə kömək etməyə çalışdım.

-Bilirəm. Tanrı pəncənə qüvvət versin. Hə, bir də qəlbinə göz versin. Yaxşı görə biləsən deyə.

Bəzən yaxşılıq etdiyin zaman kimin aslan kiminsə naxələf bəbir olacağını öncədən bilmək çətindir. Azalan ömründən düşən yarpaqları sayan aslan son günlərinə kimi bəbirin ona etdiyi hərəkətləri unada bilmirdi. İllər keçdi. Aslan öz məyusluq yarası ilə həyatla vidalaşdı. Bəbir isə hər yerdə özünə bəraət qazandırır, təsəlli axtarırdı. Başa düşmədiyi bir məqam var idi. Yaxşılıq bitməyən bərəkət kimidir. Paylaşdıqca çoxalır, çoxaldıqca ətri dörd bir tərəfə yayılır. Verilən vədlər yelkəni sahilə açılmış bir gəmidir. Çalışın o yelkəni suya salmayın. Yoxsa ömrünüzün sonuna kimi özünüzə bəraət qazandırmağa çalışacaqsınız. Və həyatda bundan ibarətdir. Edilən yaxşılıq və bu yaxşılığın məyusluq payı aslana qismət oldu...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder

# Dedi


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?