Göyərçin

O ağ rəngli bir göyərçin idi. Ruhuna ruh qatan səmanın mavi rəngi onu öz ağuşuna səsləyirdi. Yerdə torpaq, üstündə isə ağ buludlar. Aşağıda olarkən, yuxarının həsrətini çəkər, yuxarıda olarkən, isə yerə qonmaq, yorğun qanadlarını torpağın üzərinə uzadıb  dərin yuxuya dalmaq istəyirdi. Bunu kənardan görən qarğa onun bu hərəkətinə bir ad tapa bilmirdi. Göyərçin o qədər ürkək idi ki, qarğa ona yaxınlaşıb, sual belə verə bilmirdi. Hər dəfə onun bu hərəkətini görüb, köks ötürər, sakitcə öz işinə gedərdi. Yenə səhər açılar, göyərçin ilk uçduğu gün kimi qanad çırpar səmaya doğru yüksələrdi. Amma nədənsə, qəmli-qəmli yerə baxar, göz yaşı axıdaraq torpağın üzərinə qonar, köks ötürərdi. Demək olar ki, onun bu halı bütün canlıları narahat etməyə başlamışdı. Hər kəs qarğanın yanına gəlib, göyərçinə necə kömək edəcəklərini soruşardı. Qarğa isə sakitcə başını aşağı salıb, inanın mən də səbəbini bilmirəm, deyə cavab verərdi. 

Və bu aylarca belə  davam etdi. Bir gün qarğa bütün cəsarətini toplayıb, ağzına bir parça çörək qırıntısı alıb, torpağın üzərində sakitcə uzanan göyərçinə yaxınlaşdı.

-Göyərçin, çox yorulmusan. Bir tikə çörək ye. Özünü topla, sonra yenidən səmada süzərsən.

Qarğanın sözlərindən diksinən göyərçin təlaş içərisində qarğaya baxıb, çox sağ ol. Nə zəhmət çəkirsən, yorğunluğum aclıqdan deyil, söylədi.

-Hə, bəs nədəndir? Söylə bütün heyvanlar sənə yardım etsin.

Çox sağolun. Amma yardım edə bilmərsiniz.

-Niyə? Nə səbəbə? Biz ki, səni düşünürük. İstəmirik əzab çəkəsən. Ucu bucağı görünməyən mavi səma səni gözləyir. Ürəyin istədiyi kimi uç. Niyə səmaya qalxan kimi qəmgin halda elə bura torpağın bu hissəsinə qayıdırsan? Bizlər sənin üçün nigaranıq.

Bilirsən qarğa, bax, burda mənə əziz olan bir göyərçin yatır. O, mənim azad olmağım üçün burda yatmağı seçdi. Mən hər dəfə göyə qanad çalıb, süzərkən, səmada onun arzularıyla toqquşuram. Bu məni incidir. Yerə tez can atıram ki, bəlkə onun soyuq bədəninə qanadlarımın hərarəti çatar, o, da oyanar. Və mənimlə birgə səmaya qalxar. Mən, mənə azadlıq verən bir göyərçini unuda bilmərəm. Onun sayəsində burdayam. Sizinlə danışır, mavi səmaya qalxa bilirəm.

Göyərçinin söylədikləri qarğanı kədərləndirdi. Söhbəti yekunlaşan kimi öz yuvasına doğru yol aldı. Yolda qarğanı görən digər heyvanlar ondan göyərçini xəbər aldı. Sakitcə başını aşağı salıb, olan bitəni danışdı. Hər kəs susdu.

Aradan bir müddət keçdi. Göyərçin ona azadlıq verən digər göyərçinin yanına getdi. Bundan xəbər tutan heyvanlar kədər içində idilər. Ən çətini isə göyərçinin dərdinə şərik ola bilməmələri idi. Uzun illər sonra göyərçinin həsrətinin sonlandığına görə azda olsa, təskinlik tapırdılar.

Qarğa göyərçinin sədaqətini bütün heyvanlara danışdı. Uzun ömürlü qarğa son nəfəsinə kimi göyərçinin sevgisindən söhbət açdı. Hər kəs göyərçini sevgi rəmzi kimi qəbul etdi. Sədaqətli göyərçin ona azadlıq bəxş edən birinə ömrünün sonuna kimi sadiq qaldı. Elə son nəfəsini belə göydə deyil yerdə onun torpağının yanında verdi. 

Qarğanın danışdığı hekayə sonradan hər kəsin sevgi və azadlıq hekayəsinə çevrildi. Və hər kəs azadlıq təkcə səmada buludların üzərində olmadığını məhz torpaqdan başladığının bir daha şahidi oldu. Elə sədaqətli göyərçinin hekayəsi kimi...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?