Macəra davam edir... II hissə

Bu doğrudur, heç kimin və heçnəyin təkrarı yoxdur, oxşarı var. Lakin qəbul edilmiş bu isbatla razılaşa bilmirdim. Qarşıdakı skamyada əyləşən sanki onun təkrarı idi – O idi. Ancaq mən əvvəlki kimi deyildim, əskidə olduğu kimi Ona yaxınlaşa bilməzdim. Hər şey dəyişmişdi – bütün münasibətlər lazımsız kağız parçası kimi eybəcər şəkildə bükülərək bir küncə atılmışdı ki, atılacağı zibil yeşiyini gözləyirdi. Qoruyub saxlaya bilmədik sevgini. Əlimizdə ikən dəyərini anlamadıq, ya da anlamağa, dərk etməyə, gələck baxış bucağı fonunda baxmağa qoymadılar. Məsələ ikimizdən hansımızınsa günahkar olmağımızda deyil, nəticə etibarilə bizi gözləyən böyük gələcəyin üstündən xətt çəkməyimizdədir. Əsəbimizin qığılcımları altında o qədər və möhkəm qaraladıq ki, həmin xətti nə geri qayıdıb poza bildik, nə də buna cəhd etməyə hansımızınsa üzü oldu. Çox dedik, az eşitmədik, amma nəticə etibarilə heç nə əldə edə bilmədik. Əksini ustalıqla bacardıq: itirdik, məhz hirsli düşüncələrlə silib bir küncə atmağı bacardıq.
Gözlərimi ondan çəkə bilmir, əsəb və hisslərim arasındakı boşluğa yuvarlanmışdım. İnsan necə də bir-birinə bu qədər bənzəyərmiş – hərəkətləri, davranışı, münasibəti və hətta gözlərinin dərinliyi belə. İllər öncə xidmət etdiyim şəhərdə tanımışdım Onu. Hələ o vaxtlar yad idik bir-birimizə - indiki kimi. Bu şəhər sevgimin Vətəninin əsrarəngiz paytaxtı idi. İndi isə bu şəhərdə qalası nə halım, nə də cəsarətim var idi. Sadəcə Vətən qarşısında olan öhdıliyimdən dolayı, Vətənə borc deyilən gerçəkliyin cüzi hissəsi idi məni sevgimin paytaxtında saxlamağa məcbur edən. Vətən sevgisi hər şeydən üstün gəlməyi bacara bilmişdi.
Heç olmaya səsini eşitmək, üzünün adsız və bənzərsiz təsvirini görmək, hərəkətlərini yaddaşımın ən dərin künclərinə hopdurmaq üçün skamyaya yaxınlaşmaq iddiası düşündürürdü məni o anlardan, başqa heç nə. Həmçinin istirahət saatım idi. Bu əsl məqam, şans yaranmışdı sanki. Müəyyən qədər də təkrarını görmək şansım. Xəyallarımın tündlüyündə keçmişə qayıtmaq şansım, çətin və həsrətli anlarımda təsəlli tapa bilmək şansım. Bəlkə də Tanrının yazığı gəlmişdi mənə. Elə bu ümidlə ayaqlarım ona sarı irəliləməyə qərar verdi.
Biraddımlığındaydım.

Ardı var...

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?