Macəra davam edir

Gecənin soyuqluğu sümüklərimin ən dərin iliklərinə qədər təsir etmişdi. Kəskin soyuqluğu bətnində daşıyan şaxtalı havanı yenicə şəfəqlərini ətrafa səpələyən günəş şüaları sanki var gücü ilə qovmağa can atırdı. Yanvar ayının ortaları olmasına baxmayaraq günəş şüaları var gücü ilə geri çəkilmək bilmirdi.

Saatın baş gicəlləndirən əqrəbləri ona sarı yaxınlaşmağa başlamışdı. Bazar günü olduğundan növbətçiliyimin digər günlərlə müqayisədə müəyyən qədər çətin olacağının fərqindəydim. Əsgərlərin valideynləri və yaxınları ilə görüşləri gələcək maşınların yoxlanıldıqdan sonar buraxılması, bütün sənədlərə baxış və yoxlanış… Bu kimi işlər bizi gözləyirdi. Adi bir diqqətsizlik xidmətimizə nöqsan gətirə bilərdi. Lakin yaxşı başlamışdıq. Gecə növbətçiliyini lazimi səviyyədə apardığımızdan dolayı təşəkkür məktubunu valideynlərimizə göndəriləcəyini bildirmişdilər. Bu az da olsa gecənin iyrənc yorğunluğunu bədənimdən çəkməyi bacara bilmişdi.
Başlamışdıq. Mülki insanlar hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən yoxlanıldıqdan sonar görüş zalına keçməkdə idi. Fərqli geyimdə, müxtəlif baxış və zövq ortaya qoyan insan seli ilə bəzənmişdi hərbi hissənin girişi. Görüşə gələn valideynlərin sevinci eyni idi. Övlad sevinci, əsgər atası, əsgər anası olmağın qüruru. Ətrafa baxdıqca fərəhlənirdim, özümü tək hiss etməkdən çəkinirdim. İstəmsizcəsinə dərk edirdim ki, bu ölkənin, bu Vətənin mənə də ehtiyacı var. Həmin ehtiyacların məsuliyyətini ətrafdakı insanların simalarında çox yaxşı dərk edirdim.

Müddətli hərbi xidmət qulluqçularını ziyarətə gələn vətəndaşları qəbul edib təyin olunmuş görüş zalına yola salmaqda idim. Bu iş sözün əsl mənasında mənə zövq verməyə başlamışdı. Tanımadığım insanlarla söhbətləşmək fikir yelkənimi müəyyən qədər də olsa silkələyirdi.
Günorta saatlarına yaxınlaşdıqca gələnlərin sayı azalmağa doğru gedirdi. Bəzən yaranan boşluqda keçmişimi xatırlayır və həmin xatirələrin axarına qoşulub xəyallarımın geniş vüsət açdığı uzaqlara gedirdim. Məhz məni həmin yaxınlıqdakı uzaqlıqdan yaxınlığımda gələn naməlum bir səs diskindirdi:
- Əsgər yoldaş, - qadın səsi idi.

– Ay əsgər!
- Hə... Bu-buyurun, - fikirlərimi cəmləşdirib cavab versəm də həyəcanımı gizlətməyi bacara bilməmişdim.
- A... Mən haçandır Sizi çağırıram e. – fikrini bitirən kimi dodaqlarının qəribə qaçışları əsəbi simasında əsrarəngiz xoş təbəssüm yaratdı.
- Xanım, üzr istəyirəm.

– Başımı yana çevirib günahkar baxışlarımı gizlədərək cavab verdim.
- Eeeeh. Nə var ki burda əzizim, canın sağ olsun.

– Sanki könlümü alırmış deyə üzündə yaranmış təbii təbəssümə kəskin gülüşlər qatır ki, bu da simasında daha gözəl görsənirdi. Hələ sol yanağının qeyri-adi istehza ilə batması sanki həyat eşqimi çalxalayırdı.
- Sizə necə kömək edim?
- Mən qohumumu görməyə gəlmişdim, - gözlərini asılmış bayrağa qıyaraq sanki dərindən nəsə fikirləşirmiş kimi görsənirdi.

– Mümkündürsə əgər onu görə bilərəm?
- Olar, niyə də olmasın ki?

– Onu nəzarət-buraxılış məntəqəsindən yoxlamadann içəri buraxdım.
- Çox sağ olun. – Baxışları məni əsrarəngizcəsinə valeh etməyə başlamışdı. Keçmiş xatirələrimdən yaxa qurtara bilmirdim. Çünki hərəkətləri, danışığı, gözlərində parıldayan işıq vulkanı Onu xatırladırdı.
- Nə vaxt görüşə biləcəyəm? Belə bir imkan nə vaxt əlimə düşəcək? - Gözləri ilə ətrafı dolaşaraq dedi.
- Daxili rabitə ilə bölməsinə zəng edib çağıracağam.

– Böyük ümid eşqi ilə sanki bu görüşün baş tutacağına tam inanırmış kimi cavab verdim.

– Siz sadəcə əsgərin adını və bilirsinizsə bölməsini deyin zəng edim.
- Bölməsini bilmirəm, daha doğrusunu desəm bilirdim, unutmuşam. – Sanki nəyisə itirmiş kimi cavab verdi.
- Eybi yoxdur. Bölməsini nizami hissədən öyrənmək olar. Siz o zaman adını və soyadını deyin, əlaqələndirim.
- Eləmi? – Sevincli halda şad-xürrəm cavab verdi. – Əsgər Əlizadə Əli.
- Gözləyin. – Sevincinə qarşılıq olaraq təbəssümümü gizlətməyi düşünmürdüm. Bilirəm, süni təbəssüm heç bir vəchlə mənə yaraşmırdı. Buna baxmayaraq bu vərdiş idi və bu vərdişdən istər-istəməz uzaq qala bilmirdim.

– Rabitə əlaqəsi yaradaram indi. Siz elə burdaca mümkündürsə əyləşin.

– Sağdakı boş skamyaya əlimi uzadaraq göstərdim.
Rabitə əlaqəsi yaratdıqdan sonra naryadım üçün təyin olunmuş kiçik sahəyə qayıtdım. Əyləşmişdi. Ətrinin qoxusu nəzarət-buraxılış məntəqəsini ağuşuna almışdı. Gözəlliyi təbiətin yaratdığı mənzərə ilə eynilik təşkil edir, bəzən təbiətin mənzərəsini üstələyirdi. Təkrarsız mənzərəni usanmadan izləmək eşqi təpədən dırnağa kimi bədənimə yayılırdı.

Ardı var...

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan YARDİMLİ - Mesaj Gönder

# Dedi


Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?