Dua ilə gələn zəng

Ana bax, yağış yağır.

Elədi qızım, yağış yağır.

Atam islanmaz ki?

Yox mənim balam, islanmaz.

Ana, atam qalın geyinib?

Hə, qızım. Çox qalın geyinib.

Atam zəng edən də dedi ki, gələndə mənə gəlincik bir də çiyələk gətirəcək. Mən atamı çox sevirəm. Onun üçün darıxıram. Atada bizim üçün darıxır? Elədi ana?

Hə, mənim ağıllı balam, o da bizim üçün çox darıxır.

Ana, bəs nə vaxt gələcək?

Qızım, əsgərlərini bir-bir evinə yola salandan sonra gələcək.

Əsgərləri çoxdur?

Çoxdur.

Atamın əsgərləridə anaları, balaları üçün darıxır?

Darıxır, qızım.

Bəs onları nə vaxta kimi yola salacaq?

Bilmirəm, qızım.

Ana, biz dərsdə olanda sonuncu tənəffüsdə müəllim bizlərlə bərabər çıxır. Bəs atam niyə əsgərləriylə bərabər çıxmır?

Qızım, hər işin öz qanunu var. Axı atan hərbçidir.

Bilirəm, ana. Atam üçün çox darıxıram. Axşam şəklini qucaqlayıb, yatıram ki, bəlkə səhər gəldi. Amma gəlmir.

Ağıllı qızım, ağlama. Birdə görəcəksən ki, ata qapımızı döyür.

Doğurdan ana? Atam səninlə danışıb? Elə dedi?

Hə, qızım. Elə dedi. Dedi ki, qızıma de ki, onun üçün çox darıxmışam.

Ana, gəl dua edək. Müəllimim deyib ki, yağış yağarkən, edilən dualar tez qəbul olunur.

Edək, qızım.

Atam evə tez gəlsin. Mənimlə parka getsin. Onu qucaqlayım, öpüm. Saçımı tumarlasın. Qızım nə yaman böyümüsən söyləsin.

Canım qızım, Allah arzuna çatdırsın!

Ana, bəs, niyə ağlayırsan?

Sənin arzuna ağlayıram. İnşallah atana qovuşarsan.

Ana dünən əmim niyə gəldi? Atamdan xəbər dedi? Sən də ağladın.

Qızım, hələ balacasan. İndi başa düşmərsən. Vaxtı gələndə bilərsən.

Ana, gəl, atama zəng edək.

Yox qızım, atan indi cəbhədədir. Onu narahat etməyək. Sonra özü bizə zəng edər. Həm, həm o indi əsgərlərin yola salır. Mane olmayaq.

Ana həAna bax, yağış yağır.

Elədi qızım, yağış yağır.

Atam islanmaz ki?

Yox mənim balam, islanmaz.

Ana, atam qalın geyinib?

Hə, qızım. Çox qalın geyinib.

Atam zəng edən də dedi ki, gələndə mənə gəlincik bir də çiyələk gətirəcək. Mən atamı çox sevirəm. Onun üçün darıxıram. Atada bizim üçün darıxır. Elədi ana?

Hə, mənim ağıllı balam, o da bizim üçün çox darıxır.

Ana, bəs nə vaxt gələcək?

Qızım, əsgərlərini bir-bir evinə yola salandan sonra gələcək.

Əsgərləri çoxdur?

Çoxdur.

Atamın əsgərləridə anaları, balaları üçün darıxır?

Darıxır, qızım.

Bəs onları nə vaxta kimi yola salacaq?

Bilmirəm, qızım.

Ana, biz dərsdə olanda sonuncu tənəffüsdə müəllim bizlərlə bərabər çıxır. Bəs atam niyə əsgərlərilə bərabər çıxmır?

Qızım, hər işin öz qanunu var. Axı atan hərbiçidir.

Bilirəm, ana. Atam üçün çox darıxıram. Axşam şəklini qucaqlayıb, yatıram ki, bəlkə səhər gəldi. Amma gəlmir.

Ağıllı qızım, ağlama. Birdə görəcəksən ki, ata qapımızı döyür.

Doğurdan ana? Atam səninlə danışıb? Elə dedi?

Hə, qızım. Elə dedi. Dedi ki, qızıma de ki, onun üçün çox darıxmışam.

Ana, gəl dua edək. Müəllimim deyib ki, yağış yağarkən, edilən dualar tez qəbul olunur.

Edək qızım.

Atam evə tez gəlsin. Mənimlə parka getsin. Onu qucaqlayım, öpüm. Saçımı tumarlasın. Qızım nə yaman böyümüsən desin.

Canım qızım, Allah arzuna çatdırsın!

Ana, bəs, niyə ağlayırsan?

Sənin arzuna ağlayıram. İnşallah atana qovuşarsan.

Ana dünən əmim niyə gəldi? Atamdan xəbər dedi. Səndə ağladın.

Qızım, hələ balacasan. İndi başa düşmərsən. Vaxtı gələndə bilərsən.

Ana, gəl, atama zəng edək.

Yox qızım, atan indi cəbhədədir. Onu narahat etməyək. Sonra özü bizə zəng edər. Həm, həm o indi əsgərlərin yola salır. Mane olmayaq.

Ana həmişə eyni sözləri deyirsən. Bəs nə zaman danışacam?!

Mənim ağıllı qızım, sən dua elə. Dua etki, atan sağ-salamat yanımıza, evimizə qayıtsın. Deyirlər  körpələrin etdiyi dua tez qəbul olunur. Mavi gözlüm, duanı əksik etmə.

Yaxşı anam, atam üçün dua edəcəm.

Qızım, qəlbimdə o qədər sözlər var ki, hansından başlayacağımı bilmirəm. Axı necə deyim ki, atan yaralıdı. Axı necə deyim ki, onun bizim duamıza ehtiyacı var. Mənim balam, o bizlər üçün Vətən üçün indi orada yatır. Əmin dedi ki, tək sayaqladığı ad sənin adın olur. Balam mənim, Rəbb dərgahında duan qəbul olsun. Atana qovuş.

Ana, ana eşidirsən? Atam zəng edir.

Ana, səninləyəm. Zəng edir.

Ana...

Qızım, mavi gözlüm.

Ata...

Ata, zəng elədin.

 

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel AĞAYEVA - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?