Otuz ildir həsrətəm. Torpağım üzərində qaçıb-oynayan körpələrimə, toy-büsatıma, bayramlarıma. Buradakılar yaddır, soyuqdurlar. Hər bir zərrəmə zərər vururlar. Məhv ediblər, hələ də etməyə davam edirlər. Tarix boyu köksümdə ucalan minarələrimi dağıdırlar, sərvətimi talan edirlər. Torpağım, daşım buz bağlayıb. Murovum həsrətdən bəyazlaşıb. Topxanam yolunmuş saçlarının harayını çəkir. Qoca çinarlarım kötükləri üzərində pöhrə budaqların doğranmasına şahidlik edir. Bəsdir, daha bu 30 illik həsrət zəncirini qıraq! Qayıdın! Tər-tərə, Tovuza, Qazaxa doğma yurdauma həsrət qalmayaq.
Sükut, sükut... Bu sükutu pozan nədir? Torpağın bağrından od qopdu sanki. Qayıdırıq, ana vətən! Vətən müharibəmiz mübarək! İgidlərimizə yol ver. Kol basmış elimə çiçək toxumu səpməyə gəlirik.
Vətən, eşidirsən, ərənlərin gəlir. Oğulların torpağında uyumaq üçün gəlir.
İnsan böyüyər beşikdə
Məzarda yatmaq üçün
deyərək,sənə gəlirik.
Bizi Füzulidən, Cəbrayıldan, Ağoğlandan, Zəngilandan soraq al. Addım-addım sənə doğru gəlirik. Qubadlı, Suqovuşan, Xocavənd, Xankəndi, Xocalı, mədəniyyət beşiyimiz Şuşa duy səsimizi. Harayına səs verərək, gəlirik. Od nəfəsli mübariz ordun gəlir. Aslana dönmüş ərənlərin gəlir. Kəlbərəcə, Xocalıya, Laçına, Ağdama bayraq sancmağa gəlirik. Dillərdə azan səsləyərək, ruhuna ruh qataraq, aydınlığa yol çəkərək, bir millət olaraq, gəlirik. Həmrəy olaraq, dəmir yumruq kimi birləşib, Cıdır düzündə yallı gedərək, gəlirik. Vətən sən anamın anasısan, baş tacımızsan. Sən sarı gəlinin bəyazlaşmış saçlarısan. Xarı bülbülün yarısan. Sən mənim bugünüm, sabahım, gələcək övladımın anasısan. Sən kəfənsiz yatan oğulların yurd yerisən. Bizlər qayıtdıq. Dəmir biləkli, od nəfəsli oğullarınla birgə.
Biz qayıtdıq!
Şəhidlər ölməz,
Vətən bölünməz
dedik. Azərbaycan gözün aydın! Övladların zəfər cəngini çaldı.
Qarabağ Azərbaycandır! Biz Qayıtdıq!
Günel Ağayeva
Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.
Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.
Şimdi oturum açın, her yorumda isim ve e.posta yazma zahmetinden kurtulun. Oturum açmak için bir hesabınız yoksa, oluşturmak için buraya tıklayın.