İşğala son vermək hərbçi övladlarını atalı böyütməkdir

İtkisi olan bir insanı başa düşmək sevdiyi öl(dürül)ənə qədərdir. Yaxud da, vicdanı başqasının sevdiyinin öl(dürül)məsinin ağrısını hiss edənə qədər. Sonrası qorxusuzluq! Sonrası səssizlik... 

O ağrını yaşamadan yekə-yekə danışmaq ucuzdur. Çox ucuz. Ucuzluqdur! Ona görə hələ də ürək bulandıranlar var. Ya qaxılın evinizə, ya da tör-töküntülərinizi tirajlamayın. Nə qədər nazik beyin olasan ki, anlamayasan ki, savaşımız sülhü bərqərar etmək üçündür. Hər gün atəşkəsin pozulması, şəhid xəbərləri, dinc sakinlərin öldürülməsi, yaşayış evlərinin ziyan görməsi, mülkilərin top səsinə oyanması... Buna son vermək vətəndaşın yaşamaq hüququnu təmin etməkdir, buna son vermək hər bir əsgər anasını sevindirməkdir, buna son vermək cəbhə bölgəsindəki uşaqları yaşatmaqdır, buna son vermək hərbçi övladlarını atalı böyütməkdir, buna son vermək gələn nəslə müharibəni yaşatmamaqdır... Buna son vermək lazımdır! 

Bu gün çay qurtumlatdığımız hər saniyədə, göz döydüyümüz hər anda hərbçilərimiz ya öldürür, ya da şəhid olur. Döyüşür! Çarpışır! Bizim irəliyə bir addım atacağımız torpaq üçün bəlkə saatlarla döyüş gedir. Bunu izah etmək üçün daha nə deyəsən? İnsan üçün bəzən ən çətin olanı nə isə yazmaq, nə isə deməkdir. Danışması bir, susması min əzab! Ağrısı var çünki, yaşayıb, hiss edib, hələ də yaşayır, hiss edir. O hissin əvvəli-sonrası olmur, sadəcə var, vəssalam. Dəyişən əmsallar təqvimlərdir, o da ki bizim üçün. Əzizi üçün həmişə o vaxtkı fəsil, o vaxtkı tarixdir. Onlardan olmasaq da, onları duya bilərik, bu isə vicdan məsələsidir. Yoxdursa, heç olmasa susun! 

Vallah nə var e qayğısız yaşamağa, yat-dur, gəz, söy (klavişlə), sonra da genəl ki, humanistəm, filan. Hansı birgə yaşayış?! Mənim itimi öldürənlə belə birlikdə yaşamaram. Nəinki yaşamaq, heç danışmaram da! Hər varlığın adı üstündə olur. Erməni əlisilahlıya terrorist, insana insan demək lazımdır!

htps://youtu.be/Puh2OtgGgUg

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?