İslamdan ÖNCƏKİ tarix və BUGÜNÜMÜZ.

 İslam dini ilk vaxtlar siyasətçi, İslam Peyğəmbəri Məhəmməd Abdullah oğlu vasitəsilə bəşər cəmiyyətinə yayılmağa başladı. Bu dinin əsası miladi təqvimi ilə hesablasaq 14 əsr öncə - daha dəqiq desək, 610-cu ildə Ərəbistan yarmadasında yaranıb. Digər mövcud dinlərdən fərqli olaraq, İslam dini ərəblərin işğal etdikləri ərazilərdə asanlıqla yayılır, xalqlar tərəfindən qəbul edilməklə yanaşı təbliğ edilirdi. Haqqında danışdığımız dinin daha geniş yayılmasına şərait yaradan amillər kimi İslam dininin humanistliyini, insanlara öz kimliyini göstərməsini, haqqıtapmanı, bərabərliyi, hörməti, sevgini, düzgün ibadəti, özünüdərki və başqa amilləri göstərmək olar. Heç təsadüfi deyil ki, bu dini qəbul edənlər ilk növbədə əməksevər, zəhməti ilə çalışan, necə deyərlər, "daşdan pul çıxaran" xalq kütlələri idi. Bu da mövcud İslam qayda-qanunları və quruluşu ilə müqayisədə normaldır, qəribə heç nə yoxdur.

XXI əsr. Bəşər cəmiyyəti bu əsrin ikinci onilliyinin sonunda yaşayır. Elm və texnikanın sürətli inkişaf etdiyi dönəmdə. Elə dönəm ki, bir düyməni basmaqla dünyanın taleyini heç şübhəsiz həll etmək mümkündür. Ancaq elmin, fikir və düşüncələrin bu qədər inkişaf etməsinə, yeniliyə məruz qalmasına və hətta 14 əsr keçməsinə baxmayaraq İslam dini (bu məsələdə fikrimizi tam olaraq bilmək istəsəniz, "Qurani-Kərim" - deyib yekunlaşdırırıq) mövcudluğunu və aktuallığını, həmçinin lazımlılığını nəyinki qoruyub saxlayıb, hətta elm inkişaf etdikcə inkişaf edib və bugünkü elmin aşacağı hüdudlar miqdarında öz missiyasını və məzmununu göstərərək məntiq və elmə əsaslandığını, gerçək din olduğunu göstərmiş olur. Bu bir daha sübut edir ki, din elmsiz xurafata sürüklənir. Belə nəticəyə asanlıqla gəlirik ki, dünyəvi elmlərdən xəbərsiz olan və dini məntiqsiz qəbullanmağı tələb edən və özünü din xidmətçisi, dindar adlandıran dindarcığazlardan qorunmaq nəyinki lazımdır, hətta vacibdir. Bir məsələ də var ki, İslam dininin bir sıra nümayəndələri və təbliğatçıları sayəsində dünya və daha çox Müsəlman ölkələri İslamdan çox bəlalar gördü. Elə bəlalar ki, çoxunun yarası dəmir halqalartək qaysaq bağlayıb, əl vuran kimi daha çox səpilir, yayılır, əzab çəkir bəşəriyyət. Təriqət və məzhəb bölgüsü, İslam dinini parçalamağa çalışan qruplar, bəzilərinin din adından uydurduğu yalanlar, məqsədli şəkildə aparılan separatçılıq və dini terrorizm, şəxsi maraqların önə keçməsi və bu kimi digər məsələlər şərait yaratdı ki, insanlar ümumislam bölgüsü əsasında deyil, müxtəlif ad və bölgü profilində birləşsinlər. Müəyyən mənada yuxarıda sadaladığımız proseslər zaman-zaman aparıldı və nəticələr əldə olundu. Bu amillər də dünyanın xəritəsini belə dəyişməyə səbəb ola bildi. Qərb yaratdığı parçalanmadan məharətlə istifadə edərək bunu bacara bildi, müsəlmanları məhz öz silahı ilə qətlə yetirməyi həyata keçirdi. Ölkə konteksindən yanaşsaq, Ağqoyunlu-Osmanlı, Səfəvi-Osmanlı müharibələrində Qərbin təsir və təşviqat maşınını xatırlada bilərəm. Məhz indiki dövrdə də təriqətlər və həmçinin məzhəblər arasında gedən isti və soyuq müharibələri görə bilərik. Düşünün, vaxtilə Şərqdən əl-üzlərini yumağı öyrənən, Şərqdən hamamda çimmək qaydasını mənimsəyən avropa İslam ölkələrinə mədəniyyət dərsi keçir. Əslində buna sözün əsl mənasında "haqq"ı var. Çünki Şərq Qərbin xammalına çevirildi. Elm və mədəniyyət Şərqdə yaransa da Qərbdə inkişaf etdi. Bu gün işlədilən "Qərb dəyərləri", "Qərb mədəniyyəti" İslam və Şərq dəyərlərini, həmçinin mədəniyyətini üstələyib. Amma burda da bir "əmma" var. "Qərb mədəniyyəti" deyilən nəsnə əslində Avropanın öz milli mədəniyyəti deyil, sadəcə bizə özlərinə rəva bilmədikləri və bizim gözmüzdə "mədəniyyət" adlandırdıqları soyunmaq, vətəndaş nigahı, zərərli şou əxlaqsızlığın təbliği, başgicəlləndirən və mənşəyi bilinməyən musiqilərdir və s. Qadına verilən dəyər nöqteyi-nəzərdən bir müqayisəni Sizinlə bölüşürəm. İslam dini qadını uca tutur, onu yad təsirlərdən qoruyur, analıq mərtəbəsini adiləşdirmir və cənnəti ayaqlarının altına sərir. Və İslamda təhsilə xüsusi önəm verilir ki, bir günlük elmlə məşğul olmanı 70 il ibadətdən üstün tutur. Bizə "sırıdılan" mədəniyyətdə isə qadın əl oyuncağından fərqləndirilmir.

Rizvan Fikrətoğlu

# YAZARIN DİĞER YAZILARI

Yazar Rizvan Yardimli - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?