Bağışla bizi, əsirlik əsarətini qıra bilmirik

 

  Heç düşünmüsünüz ki, biz gülüb, əylənirik, toy-busat edirik, yeni iş tapmaq üçün çalışıb-çabalayırıq, özəl həyat deyilən anlama sayğı gözləyirik. Hər kəsdən ədalət tələb edirik. Kiminin qələmini qırmağa çalışırıq, kimininsə ailəsində baş verən hadisələri kimlərəsə məzə üçün sərgiləməyə çalışırıq. Övlad doğuruq, bələyib, boya-başa çatdırırıq. Yeni-yeni əlbisələr dəyişirik. Mebeldən tutmuş ən xırda əşyamız köhnələn kimi dəyişməyə can atırıq.
 Bəli, bunlar bizi həddindən artıq çox  xoşbəxt edir. Ya da ki, xoşbəxt olmuş kimi kimlərəsə, acıq veririk.
Bəs, onlar?
Bilirsiniz, kimləri deyirəm?
Bizlərdən olanları. Əsir həyatı yaşayan soydaşlarımızı. Qanı qanımızdan, canı canımızdan olanları. Öz torpaqlarında əsir olan insanları deyirəm. Düz 30 ildir, əzab və izdirab içində Allaha əl açıb, azadlıq, rahatlıq axtaranları deyirəm. İstəmədikləri həyata sürüklənənləri öz doğmalarımızı deyirəm. 

 Əsir kimdir? Özgə torpaqlarda qalanlardır. Amma və lakin bunlar öz torpaqlarında əsarətdə qalanlarımızdır. Vətən torpağını yeyib, doyunca su içə bilməyənlərimiz. Rastınıza əsirlərimizin video-çarxı çıxıbmı? Sona qədər baxa bilmisiniz? Və yaxud da onların əsirlik məktublarını qəzet və jurnallarda oxumusunuz? Elə düşündüyüm kimidir! Xeyr, oxumağa vaxt, izləməyə səbr yoxdur.
Mən baxdım. Bir qadın saçları ağarmış, hansı ildə hansı gündə olduğunu belə unutmuşdur. Təsəvvür edirsiniz, müxbirə söyləyirki, məni buradan aparın. Daha dözə bilmirəm, bala. Hər gün işgəncə, hər gün əzab. Buralar bizlərə cəhənnəmdir. Analar doğduqlarını tapa bilmirlər. Süngülərdən qan axır. Bala, məni buradan aparın, yalvarıram.
30 ildir ki, bizlər eyni cəhənnəmə yol alırıq. Hər gün ölürük. Yalvarıram, əsirlik kəndirini boğazımızdan götürün.

  Qadın, saçların nə zaman ağardı, üzün nə zaman qırışlara təslim oldu? Gözlərin nə zaman görməz oldu? Nəfəsin nə zaman soyudu? Ruhun bədəninə nə zaman dar gəldi? Sənə ünvanlandığım suallar cavabsızdır. Bilirəm. Zaman sənin üçün 1991-ci ildən dayanıb. Zamanın sükuta qərq olsa belə həyatın fırtınalara yelkən açıb. Kimin var? Kimin yaşayır? Səni kim axtarır? Bilmirsən. Tək istəyin, azad olmaqdır. Hər dəfə baxdığın süngüdə qaranlığa qərq olan canları görürsən. Yaran qarsaqlanmır. Əksinə hər gün biraz daha qanayır.

 Bağışla bizi! Bizlər yeni dünyaya ayaq uydurmağa çalışarkən, sizlər 30 ildir cəhənnəmdən qurtulmağa çalışırsınız. Bağışla bizi nənə, səsinizə səs verə bilmirik. Məsafələr elədə uzaq deyil, amma səni azad edə bilmirik. Bağışla bizi ağ saçlı ağbirçək. Doğma torpağında ayaqyalın gəzə bilmirsən. Yalın ayaqla tikanlar üzərində yeriyirsən. Bağışla bizi ana, yalvarışına yardım edə bilmirəm. Əlimdən gələn tək çarə sizlərə dua etməkdir. Bağışla bizi Vətən, sənə yetə bilmirik. Bağışla bizi ana, sənə və sənin kimi minlərlə soydaşlarımıza azadlıq deyə bağıra bilmirik. Bağışla bizi, ədaləti bərqərar edə bilmirik. Bağışla bizi, əsirlik əsarətini qıra bilmirik. Əgər bacarsan ana, bağışla bizi...

Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?