Anna Akopyanın özünü biabır etməsi

“Mercek  haber gazetesi”  xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan “Facebook” sosial şəbəkə paylaşımları ilə özünü dəfələrlə biabır edib.

Onun siyasi savadsızlığı, səriştəsizliyi, ikili standartlı davranışı özünün və Ermənistanın əsl mahiyyətini göstərib.

Bununla bağlı 3 faktı təqdim edirik:

1.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarlarından biri Mersop Musaelyan adlı “Facebook” sosial şəbəkə istifadəçisi Anna Akopyanın şəklini paylaşaraq onları xalqı avam yerinə qoyduqlarını yazıb. Paylaşımda bildirib ki, Türkiyə Azərbaycanla Naxçıvanda ciddi təlimlər keçirir, bu ər-arvad isə Ermənistanda meymunluq edir. Bunlar Ermənistanı özləri üçün əyləncə qurğularına çeviriblər.

Xatırladaq ki, bir müddət əvvəl Akopyan Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciəti ilə sülh çağırışları etmişdi. İndi isə hərbi təlimlərə qatılıb əlində avtomatla şəkillər çəkdirərək növbəti ucuz və saxta vətənpərvərlik oyunları ilə məşğul olduğunu göstərir.

2.

“Sülh göyərçini” budəfəki paylaşımlarının birində də özünü, ümumilikdə Ermənistanın işğalçı mahiyyətini ifşa edib. O, "Facebook"da işğal altında olan Qarabağdakı Xudavəng monastır kompleksinin fotolarını paylaşarkən, məkanı "Facebook" Xankəndi - Azərbaycan ərazisi kimi göstərib. Akopyan Azərbaycana məxsus tarixi mədəniyyət abidələrini erməni abidələri kimi sərgiləmək istəsə də, oğru mahiyyətini doğrulda bilməyib.


3.

Akopyan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı vaxtı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət edib. Anna Hakobyanın sözlərinə görə, buna səbəb bir neçə gün bundan əvvəl Mehriban Əliyevanın Telegram şəbəkəsində "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" məzmunlu status "yazması olub".

Bunu isə "diplomatik rəzillik" adlandırmaq olar. Bu dəvətlə Ermənistan işğalçı olduğunu etiraf edir və işğalçı mahiyyətini ortaya qoyaraq, sülhə hazır olmadığını göstərir. Yoxsa o, dəvətin ardınca “əgər müharibə başlasa, Ermənistan yeni ərazilər işğal edəcək və azərbaycanlılar muğama qulaq asmaq üçün növbəti məkanlar arzulayacaqlar” ifadəsini işlətməzdi. Beynəlxalq hüquq normaları daxilində tanınan Qarabağ Azərbaycanın əzəli torpağı kimi təsdiq olunub. Bununla bağlı qətnamələri elə iştirak etdiyi BMT Təhlükəsizlik Şurası qəbul edib. Bu çıxış konfransında iştirak etdiyi beynəlxalq qurumun sənədlərini təkzib edərək “siyasi həyasızlıq”ın pikidir.

Xatırladaq ki, Nikol Paşinyanın və arvadı Anna Akopyanın “siyasi səhvləri” dəfələrlə erməni cəmiyyətinin narazılığına səbəb olub.

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?