Göyqurşağını sevdirən rənglər

Ana, ümidin rəngi nədir?

Qızım, ümidin rəngi insana görə dəyişir.

Necə?

Bax, gözəl qızım. Səbr edən insana yaşıl, sevən insana qırmızı, arzulayan insana isə mavidir.

Bəs, dəniz necə?

Axı, o mavi rəngdədir?

Elədi. Dəniz də, səma da mavi rəngdədir. İnsanlar arzularını səssiz-səmirsiz təkbaşına dənizə və səmaya danışırlar.

Bəs onların səsini heç kim eşitmir?

Eşidir, qızım. Özləri, tanrı birdə danışdıqları məkan. Amma bizlər eşitmirik.

Bəs ana qaranlıq otaq qara rəngdədir. Sən isə hər zaman o otaqda ağlayırsan. Ağlamağın rəngi qaradır? Mən qaranı sevmirəm. Qara rəng görəndə yadıma sən düşürsən.

Qızım, sən rəngləri ayırmadan sevməlisən. Günəşi sarı, torpağı qara, meşəni yaşıl və dənizi mavi olaraq. Rənglər sənin ən gözəl sevgin olmalıdır. Dünyada olan bütün rəngləri barmaq uclarınla toxunaraq, sev. Onların həmahəngliyini duy. Rənglərin vurğunu ol. Rənglər sevgi, azadlıq, şadlıq bildirər.

Bax qızım, ağ rəng təslim olmağı bildirmir. Saflığı və paklığı bildirir. Sənin danışdığın hər kəlimə, söz və fikirin gələcəkdə sənin üzünü ağ edər. Mavi rəng həqiqəti, sülhü sevgini tərənnüm edir. Bildiyin doğrulardan uzaqlaşma. Düşün və qəlbinlə qərar ver.

Qırmızı rəng sevgini və hakimiyyəti tərənnüm edir. Bax, görürsən, qızım. Hər rəng özündə sevgini cəmləşdirir. Quracağın hakimiyyətdən sevgini uzaqlaşdırma. Nicata çatmaq üçün sevgi sənin əlində olan  əsas açardır.

Yaşıl rəng cömərtliyi və bölüşməyi bildirir. Qızım, yaşıl rəng qədər cömərt ol. Əlində olan bir tikə çörəyini belə bölüşməyi bacar.

Mənim balam, sarı rəng zəka və incəlik bildirir. Qazanacağın bilik və təcrübənlə ağıllı qərarlar ver. Hər bir insanın özünəxas nəcibliyi və incəliyi var.

Qara rəng böyük və əzəmətli deməkdir. Bilirsənmi, qızım hər rəngin bizim həyatımızda öz vəzifəsi var. Həyatımızı rənglərsiz təsəvvür edə bilmərik.

Sarı rəng sevincin, xoş duyğuların xəbərçisidir. Sevinc dolu duyğuları gizlətmə. Gözlərinin içi daim gülsün. Elə sevin ki, kədərin nə olduğunu unut.

Çəhrəyi rəng öz güvəni əks etdirir. Atdığın hər bir addımda özünə güvən. Ruhunda  olan güvən hissini heç zaman itirmə. İnsanı digərlərindən fərqləndirən və qələbə sevincini yaşadan yalnız öz güvəndir.

Mənim balam, baban həmişə deyərdi:  -Uşaqsı ruhunu qorumaq üçün səmaya onların toxunduğu barmaq uclarıyla toxun. Rəngləri ayırmadan sev. Həyatı mavi buludlar arxasından doğan sarı günəş kimi gör. Qaranı qaranlıqda gizlində gizlətdiyin özəl hədiyyə kimi sev. Bəyazı pak və saf olaraq, sev. Yaşılı məsumluq açarı kimi gör. Ən əsası rəngləri cins və fərddə görə bölmə. Çünki uşaqlar həyatı rəngarəng olduğu üçün sevirlər.

Həyatda yağışdan sonra görünən göyqurşağı kimidir. Zamanında bu gözəlliyi görmək lazımdır. Bizlər onun bütün rənglərini düşünmədən sevirik.

Rənglərin hər biri bizlərə nəyisə xatırladır. Sarı rəng qızmar günəsi, ayaqyalın gəzməyə tərəddüd etdiyimiz səhranı, payızda torpağa tökülən xəzəli. Mavi rəng dənizi, səmanı və ən əsası sevərək oynadığın oyuncağı. Qara rəng torpağı xatırladır. Torpaq olmasa, bizlər yediyimiz meyvə-tərəvəzi əkib, becərə bilmərik. Ayaqlarımızla doğma diyarımızı gəzib-dolaşa bilmirik. Rənglər bizi xəyallar, nağıllar dünyasına səyahət etdirir. Hər birimiz bu dünyalarda səyyahıq. Və dünyanın baş qəhrəmanlrıyıq.

Məndə rəngləri çox sevirəm və sevəcəm. Çünki rənglər bizim üçün ən gözəl hədiyyədi. Yox, yox onlar bizim həyatımızın üfiqdə parlayan ulduzlarıdır.

Elədir, mənim balam, rənglərlə birlikdə dünyanı qucaqlayacaq böyük göyqurşağı çəkək. Qoy,ətrafımız rəngbərəng olsun. Ana səndə qaranı sev. Çalış ağlama. Bizlər rənglərlə möhtəşəm dünya yaradacayıq.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?