"Vətən sevgidən başlayır" Nənəmin sevgi ilə toxuduqları

Dünən nənəmgilin qaldığı köhnə evdə idim. Xatirələr məni ağuşuna alıb, keçmişi yaxın etdi. Nənəmi, əmimi, anamı, bax, bu pəncərə önündə əyləşib, qulağını radioya tuşlayıb xırıltının arxasında gələn diktorun səsini eşitməyə çalışan babamı, hərbi formasını geyinib, eyvandan dağalara baxan atamı xatırladım. Ehhh... Gözlərim onları axtardıqca, xatirələr od olub, köksümü yandırdı.


 İllər əvvəl burada yaşamağa başladıq. Təxmini 11-12yaşım var idi. Hər səhər yuxudan oyananda nənəm bu sarı kresloda əyləşib, toxuyurdu. Hər toxuduğu ilməni bərkitdikcə, dua oxuyar, salavat çəkərdi. Neylon salafana yığdıqlarını yerə töküb, bircə-bircə sayar, öpər, xeyir-dua verər və yenidən salafanlara yığardı. Nənəmin bu hərəkəti mənə qəribə gələrdi. Əmim hər dəfə yun saplar alıb, gətirərdi. Nənəmsə a bala, bu saplar nazikdir, bunları dəyişdir:- deyərdi. Hər səfərində anama nənəm niyə əziyyət çəkir, axı bu ahıl yaşında niyə onları toxuyur deyərdim. Bunlar övladlarımız üçündür deyərdi. Düşünürdüm ki, babamla nənəmin bilmədiyim övladı var? Çox qəribədir. On-on beş gün içində toxuduğu corabları əmimə verər, apar bunları ver, söyləyərdi. Beləcə hər dəfə nənəmə baxar onun nə etdiyini anlamağa çalışardım.
-Baba, nənə nə edir? Baba qurban, corab toxuyur. Sən dərslərini etmisən? Etmişəm, söyləyərdim.  Baxın, o yaşıl ədyalı nənəm toxumuşdu. Üzərində əməyi və zəhməti vardı. Yadımdadı ondan üç ədəd idi. O zaman birini nənəm qonşumuzun gəlininə vermişdi.  Yenicə doğum edən gəlin üzərinə örtsün deyə. Biri atamın maşınındaydı. Gecələr üstünü örtüb, üşümədən oyaq qalsın deyə. Biridə bax bu evdə.


 Əslində nənəm Laçında babam isə Ağdamda anadan olmuşdu. Nənəmdən necə evləndiklərini soruşanda, ay bala, onda kim idi toy edən. Sevdik, bir-birimizə söz verdik və evləndik, söylərdi. Evimiz kəndin lap aşağı tərəfində bulaq deyilən ərazinin sağ tərəfində yerləşirdi. Qışı necə olurdu, bilmirdik. Yenicə gəlmişdik. Hələ uzun gecələr və soyuq qış bizi gözləyirdi. Yəqin nənəmdə o corabları bizlərə toxuyur, sərt qışa belə hazırlıq görərdi. Qonşunun gəlini oğlan uşağı dünyaya gətirmişdi. Toxuduqlarından bir cütünü körpəyə verdi. Təsəvvür edə bilmirdim ki, nənəm o böyük corabları balaca körpəyə necə verir? Düşünürdüm ki, yaşlı insandı deyə corabları qarışdırıb. Qızım, corablar körpənindi gələcəkdə lazım olacaq. Bundan bir neçə cütündə digər övladlarım üçün toxumuşam. Nənəmin gözlərindəki sevinci görəndə uşaq ağlımla təəccübüm birə beş artırdı. Günlər bir birini qovaladıqca, nənəmin toxuduqlarıda günlərin sayından artıq idi. Əmim hər dəfə anamıza dərin hörmət və sayğımızı çatdır sözlərini söyləyəndə məni düşüncələr aparırdı. Yenə səyyah kimi aynabənddə əyləşib, anamın süzdüyü çayı içirdim. Arada içəri nənəm oturduğu kresloya baxıb, nənəm niyə özünü bu qədər yorur, deyə düşünürdüm. Birdən atamla bərabər qardaşım içəri girdi. Nəsə, ikisidə susqun idi. Anam onları qarşılayıb, üst geyimlərini aldı. Mənə yaxınlaşıb, içəri keç, dərslərini elə söylədi. Çayımı masanın üstünə qoyub, divarı bir-birindən ayıran pərdənin arxasına keçdim. Dərs edirdim, amma arada fikrim  yayınıb, otaqdan gələn səsi dinləyirdim. Döyüş gedirdi. Cəbhədə olan ərlərlə yanaşı qadınlarda ərənlər meydanında döyüşürdü. Nənəm verdiklərim görəsən karlarına gəlirmi?  Soruşanda nəyi dediyini başa düşmədim. Pərdə arxasından nənəmə baxanda bax bu corabı toxuyurdu. Əsl qışlıq corabı. Günlər keçdikcə, nənəmimdə nəfəsi soyumağa başlayırdı. Əlləri əsir, tez yorulurdu. Amma əqidəsindən dönməyib, o corabları toxuyurdu. Anam bəsdirin, biraz istirahət edin, yorulmusunuz deyəndə. Qızım hər vaxtın öz hökmü var. Və vaxtında bir vaxtı var. Vaxt məni haqlamadan bunları bitirim. Qızım oradakı corablar, Rəsulun, Xəlilin və Nigarındır. Vaxt mənə onları görməyi nəsib etməsə, sən onları sahiblərinə təhvil verərsən. Bunları isə oğlum gəlsin, təhvil versin. Nənəm neçə il corab toxudu və kimlərəsə verdi. Başa düşməkdə çətinlik çəkirdim. Qış gəlmədən, soyuqluğu duymadan nənəm bizlərdən ayrıldı. Dəfn zamanı hərbiçi gəlib, Anaxanım ana bu evdə yaşayırdı? Soruşanda, bəli, burada yaşayıb dedim. Başımı tumarlayıb, gülümsədi. Qara çəkməsini çıxarıb, içəri daxil olanda nənəmin toxuduğu corabları gördüm. Atamla salamlaşıb, bütün əsgərlər adından baş sağlığı verdiyini bildirdi. Anaxanım ana, bizlərin hər biri üçün ana olub, yaşının ahıl çağında səngərdə duran əsgərlərə corab toxuyub, öz xeyir duasıyla birgə göndərərdi. Baxın, bu əlimdə tutduğum corabı nənəm mənə toxuyub. O zamanlar anama sahiblərinə verərsən söyləyəndə, bir sahibidə mənim oğlum idi. İndi bu corablar onun əmanəti və sevgisinin tərənnümüdür. Ahıl yaşıyla səngərdə olan ərənlərə corab toxuyar, yel ayaqdan tutar deyərdi.
 Nənə, sənin övlad dediyin bu torpaq uğrunda canı və  qanı bahasına tarix yazanlardı. Sən də bu torpağın övladlarına ana qayğısı göstərib, onların qeydinə qalmısan.  Bibim ailəsiylə birgə şəhid olmuşdu. Ancaq nənəmin xəbəri yox idi. Elə bilirdi ki, ailəsiylə birgə Bakıya sığınıblar. Son günlərdə qızım qapının ağzında durma, içəri gəl. Yolun nə yaman uzun idi?  
Nənəmdən sonra atamı, qardaşımı və əmimi itirdik.
Vətən sevgidən başlayar. Vətən bizlərə kəfənsiz yatanların əmanətidir. Və bizlərdə bu əmanətə gözü kimi baxan, qoruyan oğul və qızlarımıza arxa olaq. Birlik və bərabərlik əzmini göstərək. Uçuq daxma altında toplaşan xatirələr mənə babamın, anamın, atamın və nənəmin  qoxusunu gətirdi. Bəzən nə qoxular nə də ki, sevgiylə toxunan sevgi bağları unudulmur. Ana qəlbiylə onlara corab toxuyan qadın onların qəlbində yaşayacaqlar. Onlarsa, bizim qəlbimizdə. Qəlbdə yaşayanlar əbədiyyətə qədər bizlərlədi.


Günel Ağayeva

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?