Fərqli ərazilərdə yaşamaq eyni qanı daşıyan millətləri ayırmır

 Azərbaycana dəstək olmayan Minsk qrupu... Minskdən dəstək gözləyən Ermənistan
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə başlayan döyüşlər davamlılığı və itkiləri ilə hər an müharibə ocağına çevriləcək həddə çatıb.

Müharibə qaçılmaz olduğu halda ATƏT-in Misnk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) "atəşkəs" deməklə susur. Halbuki bu qurum məhz münaqişə tərəflərinin (Azərbaycan, Ermənistan) Qarabağ məsələsini ATƏT-in prinsipləri əsasında həll etmək üçün yaradılıb. İndiyə kimi 3 mənasız və rədd edilmiş təkliflə çıxış edən Misnk qrupunun "fəaliyyət"i heç bir nəticə verməyib. Verəcəyini gözləmək də absurddur! Demək, mövcud münaqişə ATƏT çərçivəsində həll olunacaq məsələ deyil.
Fərqli ərazilərdə yaşamaq eyni qanı daşıyan millətləri ayırmır.

İyul hadisələrinə ilk münasibət Türkiyədən gəldi. Türkiyə Müdafiə Naziri Hulusi Akar, -"Hər cür dəstək veriləcək!", - deyərək hadisələrə olan mövqeyini birmənalı olaraq göstərdi. Hazırda da ilk günkü həmrəylik davam edir. Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Demir bu saatlara qədər sosial şəbəkə paylaşımları ilə Azərbaycana olan dəstəyini əsirgəmir.
Azərbaycana xarici dəstək zənciri qurulur.

Amerikada yerləşən "Yəhudi Humanitar Təşkilatı" da məsələyə biganə qalmayıb. Təşkilat münaqişədə Azərbaycan tərəfini dəstəklədiyini açıq-aydın bəyan edib. Bu, ABŞ siyasi arenasında yəhudi lobbiçiliyinin böyük güc sahibi olması baxımından Azərbaycan üçün əhəmiyyətli dəstəkdir.

Eyni zamanda, Ukrayna və İsrail-Azərbaycanın Beynəlxalq Assosiasiyası, İtaliya və Birləşmiş Krallıq Parlamenti də Ermənistanın BMT qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərini tərk etməsini və sülhü dəstəklədiklərini bildiriblər. Bütün bu hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə təcili danışması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təxirəsalınmaz iclasının keçirməsini istəməsi başadüşüləndir, ancaq məntiqli deyil. Çünki iki tərəf arasındakı münaqişə üçüncü tərəfin daxili məsələsi deyil. Yaxud iki tərəf arasındakı münaqişəyə hansısa qurumun təpkisi onun nizamnamə şərtlərinə uyğun gəlmir.

Kim Təsir Müdaxiləsini Tərpədər? - KTMT?

Paşinyanın təxribatdan sonra rəsmi Moskva ilə təcili əlaqə saxlaması təəccüblü deyil. Bu, sadəcə baş nazirin hər "naşı daş altında qalanda" etdiyi oxşar hadisələrin davamıdır.

Paşinya böyük hazırlıqlar görsə də KTMT-nin iclası keçirilmədi. Bəs baş nazirin ciddi-cəhdlə gözlədiyi iclas keçirilsəydi Qarabağ münaqişəsində KTMT-nin mövqeyi hansı istiqamətdə olacaqdı?

KTMT heç bir halda beynəlxalq qanun çərçivəsində tərəflərə qarşı çıxış edə bilməz. Çünki xalqların öz müqəddəratını təyin etməsi hər bir qurum üçün prioritetdir. KTMT-ə üzv olan nə Rusiya, nə Belarusiya, nə Qazaxıstan, nə Qırğızıstan, nə də Tacikistan münaqişə tərəflərinə müdaxilə etmək səlahiyyətində deyil. Beynəlxalq hüquq və sülh qaydalarına görə, müdaxilə olarsa bu, cinayət tərkibli hadisə hesab olunacaq. Yəni Paşinyanın KTMT-dən gözlədiyi dəstəyin mənası yoxdur, bu, baş nazirin çıxış yolunu tapmaq üçün boş və əsasız cəhdləridir. Maraqlıdır, Müstəqil Türk Respublikası olan Qazaxıstan Ermənistana dəstək olacaq? Yoxsa Qırğızıstan, yaxud Tacikistan? Məntiqsizdir! Hər üç dövlət din və dil ortaqlığını daşıyırlar, dostluq və əməkdaşlıqları görünməyəcək səviyyədə deyil. Qalır Belarusiya və Rusiya. KTMT-ə sədrlik edən Belarusiyaya ümid olan Paşinyan bu dəfə Azərbaycanın strateji əməkdaşlıq etdiyi bir ölkəyə üz tutdu. Paşinyan yenə siyasi səhvə yol verdi. Rusiyadan təpki görməyib Miskə getməsi onu erməni cəmiyyətinə də səriştəsiz, idarəetmə qabiliyyəti olmayan biri kimi tanıtdı. Erməni xalqı ölən erməni hərbçilərinin sayının artmasını Paşinyan təxribatının nəticəsi kimi qiymətləndirir. Buna görə əsgər anaları etiraz aksiyaları keçirməklə baş nazirin yatırmaz siyasətini dayandırmasını tələb edirlər. Belə iğtişaşlardan xilas yolunu başqa dövlətin köməyində görən Paşinyan unudur ki, daha heç bir zəng Azərbaycan Ordusunu "xətt"də saxlaya bilməz.
Göründüyü kimi, xarici təhlükə minimal səviyyədədir, demək olar ki, beynəlxalq təşkilatlar ya neytral mövqe tuturlar, ya da Azərbaycana dəstəyini göstərirlər. Belə olan halda real təhlükə nədir?
"Beşinci kalon"un uşaqları və xarici qüvvələr
Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatı aparması onun daxili məsələsi olmaqla yanaşı, ərazi bütövlüyünü qoruması baxımından yalnız təqdir olunmalıdır. Biz Rusiya, ABŞ, yaxud İran kimi başqa dövlətlərin ərazilərində silahlı münaqişə - qarşıdurma yaratmırıq. Bunu Azərbaycan qanı daşıyan hər kəs bilir, qəbul edir və dəstəkləyir. Lakin təəsüfedici məqam odur ki, Azərbaycanı daxildən parçalamaq istəyən, milli ruhu sarsıldaraq həmrəyliyimizə qarşı çıxan və xaricdən maliyyələşən qüvvələr ermənilər üçün baza məlumat funksiyasını daşıyırlar. Onlar xaricdə oturub xalqı sosial şəbəkə arxasından idarə etməyə çalışan fiqurlardır. Onlar kütlə üçün həssas olan mövzulardan yapışıb bunu öz maraqları ətrafında istədikləri formada idarə edirlər. Onlar satqındırlar! Cəmiyyətin iradəsi zəif, savadsız qrupu da bilməyərəkdən həmin təxribatın iştirakçısına çevrilirlər.

Anlamaq lazımdır ki, bizə "orduxanlar" kömək olmaq istəmir. Ordumuzun Xanı o ordunu canı-qanı bahasına sərhəddə qoruyan Azərbaycan əsgəridir!

Azadə Yolçu

# YAZARIN DİĞER YAZILARI

Yazar Azade Bayramova - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?