Vətən ata qoxuyar... Bizlərə əmanət ŞƏHİD övladları...

Nənə, mənə biraz atamdan danışarsan?
Atandan? Hə, nənə. Atam necə idi?
Qızım, axı biz danışmışdıq. 
Olsun. Sən yenə də danış.
Atamın yerişində, duruşundan, baxışından və heç duymadığım qoxusundan. Nənə, gözlərin dolmasın. Axı atam indi bizlərlədi. Müəlliməm ən sevdiyin valideynin haqqında inşa yazmağı tapşırıb, mən də atam haqqında yazmaq istəyirəm. Nə olar, susma nənə, danış.
Atan uca boylu, şax qamətli biri idi. Qorxmaz, mərd oğul idi. Cəsarəti və şücaətiylə adını tarixə yazdıranlardandır. Bir ana üçün ən gözəl qoxu onun övladının qoxusudur. Onu sənə necə izah edim?!
Nənə, mənim kimi uşaqlar çoxdurmu? 
Çoxdur, qızım. Sən tək deyilsən! Atalarının əmanəti bizlərə həvalə olunub.
Mən keçən dəfə xəbərlərə baxanda balaca Narini gördüm. O, da mənim kimi atasının qoxusunu "VƏTƏN"də axtaracaq. Onunda mənim kimi güclü anası var. Onu qoruyacaq ona sahib çıxacaq. Balaca Məhəmməd, Aytac, Toğrul, Zəhra, Zeynəb, Nərgiz, Qorxmaz və saya hesaba gəlməyəcək qədər uşaqlar onlarda mənim kimi Vətən ata qoxuyar deyərək, ata qoxusunu qarışba qarış axtaracaqlar. 
Balam, sizləri qoruyan bu millətin neçə-neçə oğul və qızları var. Sizlər qəhrəman ataların məğrur övladlarısınız. Bizlərin can parələri və yaşam sevinclərisiniz.
Nənə, görəsən, bizdən sonra gələn uşaqlarda bizim kimi olacaqlar? 
Qızım sualın qəlbimi dağladı. Mənim balam, bəlkə artıq dərslərini edəsən? Artıq gecdir.
Nənə, anam hər gecə atamın şəklinə baxıb, ağlayır. İstəmirəm anam ağlasın. Onun üzündə gülüşü heç görməyəcəm? 
Görəcəksən, mənim balam, görəcəksən.
Bəs, nə zaman?
Sən atana layiq övlad olduqdan sonra.
O günə hələ çox var?
Az qalıb, balam.Az qalıb. Sən oxu, savadlı ol. Cəmiyyətə faydalı övlad ol. Anan və atan səninlə qürur duyacaqlar.
Nənə, mən anamı, atamı birdə səni çox istəyirəm.
Bizdə səni çox istəyirik. 
Get, dərslərini elə. 
Gözəl balam, zaman ötəcək, sən və sənin kimi şəhid övladı adı qazanan bütün övladlar azad və firavan yaşayacaqlar. Çünki bu torpaqların hər bir qarışında atalarınızın xatirəsi var. Bu diyarların hər zərrəsində onların qoxusu gəlir. Onlar əbədi olaraq, bizim qəlbimizdə yaşayacaqlar. Azadlıq Qarabağda dalğalanan Azərbaycan bayrağıyla tamamlanacaq. Amma dəyişilməyən bir şey olacaq. Yaşınız hər neçə olaraq, olsun daima atanızın qoxusunu bu vətəndə axtaracaqsınız. Çünki "VƏTƏN ATA QOXUYAR"


 SİZLƏR BİZLƏRƏ ƏMANƏTSİNİZ!


 Günel Ağayeva 

# YAZARIN DİĞER YAZILARI

Yazar Gunel Ağayeva - Mesaj Gönder



Yorum yazarak Mercek Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Mercek Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA) tarafından servis edilen tüm haberler Mercek Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Mercek Haber değil haberi geçen ajanstır.



İstanbul Markaları

Mercek Haber, İstanbul ile özdeşleşen markaları ağırlıyor.

+90 (530) 912 22 78
Reklam bilgi

Anket Bize öğretilen tarihimizin doğru olduğuna inanıyor musunuz?